Previous Next
Bağla

“Uşaqlara kiberqayğı 2” layihəsinə başlanılıb

18-05-2026 18:06
“Uşaqlara kiberqayğı 2” layihəsinə başlanılıb

“KOICA” Azərbaycan Məzunlar Assosiasiyasının (KOAZ) təşəbbüsü, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəstəyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə “Uşaqlara kiberqayğı 2” qrant layihəsi başlayıb. Layihə çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində maarifləndirici təlim təşkil olunub.

Xeberler.az məlumat verir ki, təlimdə görmə qabiliyyəti qismən məhdud olan şagirdlərə “İnternetdən istifadə zamanı fərdi məlumatların mühafizəsi”, “Kibertəhlükəsizliyin əsasları” və “Rəqəmsal bacarıqların inkişafı” mövzularında geniş məlumat verilib. Tədbir zamanı fərdi məlumatların qorunma yolları, sosial mediadan təhlükəsiz istifadə üsulları, internet mühitində rast gəlinən təhdidlər və kibergigiyena qaydaları ətraflı izah edilib. Eyni zamanda rəqəmsal dünyada bərabər imkanların yaradılması məqsədilə müasir rəqəmsal bacarıqların inkişaf etdirilməsi yolları barədə danışılıb.

İnteraktiv formatda keçən görüşdə uşaqların sualları cavablandırılıb. Təlimin sonunda iştirakçılara sertifikatlar və xüsusi hədiyyələr təqdim olunub.

Məlumat üçün bildirək ki, “Uşaqlara kiberqayğı” layihəsi sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək, onları kibertəhlükəsizlik, rəqəmsal bacarıqlar və internetdən istifadə zamanı fərdi məlumatların mühafizəsi barədə maarifləndirmək məqsədi daşıyır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Uşaqlara kiberqayğı 2” çərçivəsində daha bir maarifləndirici təlim keçirilib

26-05-2026

“Uşaqlara kiberqayğı 2” çərçivəsində növbəti maarifləndirici təlim keçirilib

21-05-2026

Xüsusi internat məktəbində maarifləndirici təlim keçirilib

26-09-2025

“Uşaqlara kiberqayğı” qrant layihəsi yekunlaşıb

01-10-2025

“Uşaqlara kiberqayğı 2” qrant layihəsi yekunlaşıb

03-06-2026

“Uşaqlara kiberqayğı” layihəsinin icrasına başlanılıb

18-07-2025

"Azneft"in əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib

21-05-2026

ETX məktəblilərin maarifləndirilməsini davam etdirir

31-03-2026

“Kiber Smart Ol” layihəsi çərçivəsində təlimlərə start verildi

21-06-2022

ETX məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir

30-05-2026

ETX ADA Universitetində maarifləndirici tədbir keçirib

05-05-2026

Nazirlik əməkdaşlarına kibertəhlükəsizlik təlimləri keçirilib

02-11-2022

"Aviasiya Akademiya"sının tələbələri üçün maarifləndirici təlim keçirilib

04-05-2026

AzMİU əməkdaşları kibertəhlükəsizlik üzrə maarifləndirilib

13-12-2024

ETX və “Məktəblinin dostu” növbəti maarifləndirmə tədbirləri keçirib

24-12-2024

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün maarifləndirmə tədbirləri keçirib

15-04-2024

“İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16-10-2025

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirib

17-04-2024

ETX fərdi məlumatların mühafizəsi sahəsində layihəyə start verib

26-05-2026

Türkiyə ilə fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq müzakirə edilib

11-04-2022

“Youth Cyber Forum” keçirilib

25-02-2026

Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

04-06-2025

Elektron Təhlükəsizlik Xidməti daha bir məktəbdə maarifləndirmə tədbiri keçirib

13-09-2024

ETX və “Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı ilə növbəti maarifləndirmə tədbiri baş tutub

07-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə