Previous Next
Bağla

Türkiyə ilə fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq müzakirə edilib

11-04-2022 19:00
Türkiyə ilə fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq müzakirə edilib

Rəqəmsal transformasiya üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq üzrə alt işçi qrupunun Bakıda görüşü keçirilib.

Xeberler.az bildirir ki, görüşdə ölkəmizi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Şahin Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Türkiyə tərəfindən isə toplantıda Fərdi Məlumatların Mühafizəsi Qurumunun rəhbəri Faruk Bilir və Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin nümayəndələri iştirak ediblər.

Görüşdə fərdi məlumatların mühafizəsi və bu sahədə iki ölkənin milli qanunvericiliyinin uyğunlaşdırılması mövzuları üzrə təqdimatlar edilib, fikir mübadiləsi aparılıb.

Elektron Təhlükəsizlik Xidmətinin rəisi Şahin Əliyev çıxışında ölkəmizdə fərdi məlumatların mühafizəsi ilə bağlı qanunvericiliyin əsas prinsipləri, bu sahədə aparılan hüquqi islahatlar, o cümlədən Elektron Təhlükəsizlik Xidmətinin bu istiqamətdə planlaşdırdığı layihələr barədə məlumat verib. Ş.Əliyev fərdi məlumatların mühafizəsi sahəsində iki ölkə arasında görüləcək işlərin mövcud əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.

Qeyd edək ki, Rəqəmsal transformasiya üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun yaradılması barədə razılıq rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koç arasında 18 fevral 2021-ci il tarixində Ankara şəhərində keçirilmiş görüş zamanı əldə olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəqəmsal transformasiya üzrə Azərbaycan-Türkiyə İşçi qrupunun ilk iclası keçirilib

10-06-2021

Azərbaycan ilə Türkiyə arasında Rəqəmsal Transformasiya Forumu təsis ediləcək

15-01-2022

Rəqəmsal transformasiya üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun Yol Xəritəsi imzalanıb

15-09-2021

Nazir Türkiyənin Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb

11-06-2022

Nazir: “Rəqəmsal transformasiya konsepsiyasının hərtərəfli və inklüziv olmasına çalışırıq”

11-06-2021

AQEM-ə üzv dövlətlərin iştirakı ilə beynəlxalq forum keçirilib

30-10-2025

Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb

07-10-2022

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndə heyətinin Türkiyəyə səfəri bitib

27-01-2023

ETX-nin nümayəndə heyəti Ankaraya səfər edib

01-12-2025

Xorvatiya ilə rəqəmsal təhlükəsizlik üzrə təcrübə mübadiləsi aparılıb

29-07-2025

ETX: Vətəndaşların fərdi məlumatlarının yayılmasının qarşısı alınıb

28-01-2026

Azərbaycanda "Fərdi informasiyanın mühafizəsi üzrə" qanun layihəsinə dəyişiklik hazırlanır

13-06-2023

28 yanvar - Beynəlxalq fərdi məlumatların mühafizəsi günüdür

28-01-2021

Azərbaycan-Türkiyə sənədləri imzalanıb

26-02-2020

“Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbiri keçirilib

05-03-2020

Fərdi məlumatların mühafizəsi təkmilləşdiriləcək

28-08-2023

Elektron Təhlükəsizlik Xidməti daha bir məktəbdə maarifləndirmə tədbiri keçirib

13-09-2024

"Aviasiya Akademiya"sının tələbələri üçün maarifləndirici təlim keçirilib

04-05-2026

Elektron Təhlükəsizlik Xidməti tərəfindən elan edilmiş təcrübə proqramına start verilib

05-08-2022

Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

04-06-2025

İKTA-da internetdən təhlükəsiz istifadə məsələləri müzakirə edilib

18-09-2025

“AzInTelecom” MMC-nin rəsmiləri Türkiyədə işgüzar səfərdədir

11-08-2022

Rəşad Nəbiyev Estoniya – Azərbaycan parlament qrupunun rəhbəri ilə görüşüb

01-11-2021

NRYTN və “AmCham” arasında videotədbir keçirilib

20-08-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə