Previous Next
Bağla

Azərbaycan və Türkiyə arasında elektron icazənin tətbiqi ilə ilk yükdaşımaları həyata keçirilib

18-12-2024 16:56
Azərbaycan və Türkiyə arasında elektron icazənin tətbiqi ilə ilk yükdaşımaları həyata keçirilib

Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarda rəqəmsal texnologiyalar uğurla tətbiq olunur. Bu proses ikitərəfli əsasda ölkələrlə mübadilə olunan “İcazə” blanklarının elektronlaşdırılmasını da əhatə edir.

Xeberler.az məlumat verir ki, müvafiq layihənin uğurla həyata keçirilməsi nəticəsində Türkiyə ilə ikitərəfli yükdaşımalarda elektron icazənin tətbiqi ilə ilk sınaq daşınma yerinə yetirilib və qardaş ölkənin daşıyıcı şirkətinə məxsus yük avtomobili dekabrın 16-da Azərbaycana çatıb. Elektron icazənin tətbiqi ilə Azərbaycandan yola düşən ilk yük avtomobilinin isə bu gün Türkiyə ərazisinə daxil olması gözlənilir.

“İcazə” blanklarının mübadiləsi və verilməsinin tam rəqəmsallaşdırılması bu prosesin şəffaflığını təmin edəcək, yükdaşımaların təşkilinin səmərəliliyini artıracaq və icazələrin alınmasında vaxta qənaət etmək imkanı yaradacaq. Reallaşdırılan layihə ilkin mərhələdə Türkiyə, sonra isə mərhələli şəkildə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirilən digər ölkələrlə “İcazə” blanklarının elektron şəkildə mübadiləsi və verilməsini nəzərdə tutur.

Qeyd edək ki, beynəlxalq yükdaşımalarda elektronlaşma və rəqəmsal texnologiyaların daha geniş tətbiqi üçün işlər davam etdirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycandan Qırğızıstana elektron icazə blankı ilə ilk dəfə yük daşınıb

01-08-2025

Elektron icazənin tətbiqi ilə ilk yükdaşımalar həyata keçirilib

23-12-2024

Azərbaycanla Özbəkistan arasında elektron icazə ilə yükdaşıma həyata keçirilib

29-01-2025

Azərbaycan daşıyıcıları ilk dəfə birbaşa olaraq Çindən Azərbaycana avtomobillərlə yük gətiriblər

27-06-2024

Xarici dövlətlərin nəqliyyat vasitələrinə “İcazə” blanklarının dövlət sərhədində kvotadan kənar verilməsi ləğv edilib

30-03-2023

"AYNA" informasiya sistemi haqqında Əsasnamə"də dəyişikliklər edilib

14-11-2025

Azərbaycanda “İcazə” blanklarının alınması üçün onlayn xidmət istifadəyə verilib

07-06-2023

“İcazə” blanklarının qanunsuz satışının qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir

03-03-2022

Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

14-12-2018

“Çin – Avropa birbaşa sürətli keçid – Transxəzər sınaq daşımaları” pilot layihəsi çərçivəsində ilk sınaq daşımalarına başlandı

25-05-2024

Ölkə başçısının Özbəkistana səfəri çərçivəsində beynəlxalq avtomobil əlaqələri haqqında sənədlər imzalanıb

22-06-2022

Ağırçəkili nəqliyyat vasitələrinə icazə “bir pəncərə”dən veriləcək

24-01-2023

Elektron sağlamlıq kart sisteminin tətbiqi qaydalarına dəyişiklik edilib

18-09-2018

Energetika Nazirliyi ASAN Xidmət mərkəzi vasitəsilə 242 icazə verib

26-12-2018

Yaxın zamanda Özbəkistan Azərbaycanla icazə sistemi tətbiq edəcək

20-11-2024

Beynəlxalq avtomobil daşımaları bazarında Azərbaycan daşıyıcılarının payı artıb

11-08-2022

"mygov"da daha iki yeni xidmət istifadəyə verilib

12-01-2026

"Azərbaycanda sərnişindaşıma sahəsi üçün yeni elektron tətbiqlər hazırlanır"

20-06-2023

Azercell “İcazələrin Alınması və Monitorinqi Sistemi” nin təşkilinə dəstək verib

21-04-2020

Nəqliyyat Nazirliyinin ilk elektron xidmətləri istifadəyə verildi

27-03-2013

“İcazə blankları”nın yekun bölgüsü başa çatıb

12-01-2022

Ultra şirkəti elektron idarəetmənin tətbiqi ilə bağlı keçirilən tenderdə qalib gəlib

25-09-2009

Tahir Mirkişili: "Daşımalarla bağlı icazə sistemi təkmilləşdirilir"

12-06-2023

Tikintiyə və istismara elektron icazələr sistemi haqda onlayn seminar keçirildi

10-07-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə