Previous Next
Bağla

Beynəlxalq avtomobil daşımaları bazarında Azərbaycan daşıyıcılarının payı artıb

11-08-2022 10:18
Beynəlxalq avtomobil daşımaları bazarında Azərbaycan daşıyıcılarının payı artıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən Azərbaycanın beynəlxalq avtomobil daşımaları bazarının inkişafı, yerli daşıyıcıların təşviqi və onların bazar payının artırılması istiqamətində mühüm işlər görülüb. Azərbaycan daşıyıcılarının sayı, müvafiq bazar payları artıb. Daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin parkı genişlənib. “İcazə” blanklarına çıxış da asanlaşdırılıb.

Xeberler.az bildirir ki, ötən ilin ilk 6 ayında daşıyıcıların sayı 71 olub. Bu ilin müvafiq dövründə isə bu rəqəm 204-ə çatıb. Beynəlxalq avtomobil daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sayı 2021-ci ilin ilk yarısında 2710 təşkil edib, bu ilin müvafiq dövründə isə 7208-ə yüksəlib. Hər iki göstərici üzrə 2.7 dəfə artım qeydə alınıb. Ümumilikdə 2022-ci ilin yanvar – iyun aylarında daşıyıcılara 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 29.7 faiz daha çox “İcazə” blankı verilib. Bu da beynəlxalq avtomobil daşımaları bazarında Azərbaycan daşıyıcılarının aktivliyinin 22.4 faiz artması deməkdir.

Azərbaycanla ən çox beynəlxalq avtomobil daşımaları həyata keçirilən ölkələr üzrə ikitərəfli avtomobil daşımaları bazarında 4 faiz artım qeydə alınıb. Ötən ilin yanvar – iyun ayları ilə müqayisədə həmin istiqamətlər üzrə həyata keçirilən daşımalarda Azərbaycan daşıyıcılarının iştirakı 6815 ədəd artıb, xarici daşıyıcıların iştirakı isə 2234 ədəd azalıb. Qonşu ölkələr üzrə Azərbaycan daşıyıcılarının bazar payı Türkiyə istiqamətində 7.7 faiz, Gürcüstan istiqamətində 10.2 faiz, Rusiya istiqamətində 5.4 faiz, İran istiqamətində isə 7.2 faiz artıb.

2021-ci ilin ilk 6 ayı ilə 2022-ci ilin eyni dövrünü müqayisə etdikdə Azərbaycanda beynəlxalq avtomobil daşımaları bazarının 3.2 faiz böyüməsi müşahidə olunur. Bu bazarda yerli daşıyıcıların payının artması da nəzərəçarpandır. Belə ki, Azərbaycanla tərəfdaş ölkələr arasında bazar payı paritetə yaxınlaşır. Ötən il yerli daşıyıcıların payı 39.5 faiz idisə, 2022-ci ildə bu rəqəm 47 faiz təşkil edir.

Azərbaycan daşıyıcıları 2021-ci ilin ilk 6 ayında 8242 ədəd 3-cü ölkə daşımaları (xarici ölkədən digər xarici ölkəyə) həyata keçirib. 2022-ci ilin müvafiq dövründə bu göstərici 12726 olub. Bu da öz növbəsində üçüncü ölkələrə bu xidmətlərin ixracında 54.4 faiz artım deməkdir.

Beynəlxalq avtomobil daşımaları bazarının inkişafı üçün tədbirlər davam etdirilir. Belə ki, Nazirlər Kabinetinin 8 aprel 2022-ci il tarixli qərarı ilə beynəlxalq avtomobil daşımalarına buraxılış qaydaları təsdiqlənib. Bu qaydaların tətbiqi Azərbaycanın beynəlxalq avtomobil daşımaları bazarının inkişafına müsbət təsir göstərəcək.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

05-07-2018

"Apple"ın Azərbaycanda bazar payı azalıb

03-07-2019

“Tesla”nın mənfəəti artıb

23-04-2026

Xiaomi smartfonları Apple-a meydan oxuyur

05-08-2019

"Instagram" Azərbaycandakı bazar payının yarıdan çoxunu itirib

01-10-2025

Dövlət Avtomobil Nəqliyyatı Xidməti “Daşıyıcı bələdçisi” layihəsinə başlayır

05-04-2022

“İcazə blankları”nın yekun bölgüsü başa çatıb

12-01-2022

Azərbaycanda "Facebook"un bazar payı artıb

03-07-2019

Azərbaycanda noutbukların bazar payı artıb

03-07-2019

Azərbaycana elektromobil idxalı 8 dəfə artıb

15-08-2023

"Facebook" bir ildə Azərbaycandakı bazar payının 42 faizini itirib

02-04-2026

Azərbaycanda ən populyar sosial şəbəkənin adı açıqlanıb

07-03-2025

Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı artıb

01-08-2022

"X" bir ayda Azərbaycandakı bazar payının 77 faizini itirib

03-11-2025

"YouTube" Azərbaycandakı bazar payının 72 faizni itirib

01-09-2025

Azərbaycanda "Facebook" istifadəçilərin fəallığı artıb

01-10-2020

Facebook istifadəçiləri fəallığını itirir

04-08-2019

"Instagram" 2 ayda Azərbaycandakı bazar payının yarıdan çoxunu itirib

03-02-2026

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

01-08-2025

"Google" Azərbaycandakı bazar payının 10 faizdən çoxunu itirib

02-09-2025

"Yandex" Azərbaycandakı bazar payının 13 faizini itirib

02-10-2025

Azərbaycanda sosial şəbəkədən istifadə edənlərin sayı artıb

05-10-2015

Elektrikli avtomobillərin satışı 59 faiz artıb

17-05-2018

Azərbaycanda Facebook istifadəçilərinin fəallığı azalıb

05-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə