Previous Next
Bağla

"mygov"da daha iki yeni xidmət istifadəyə verilib

12-01-2026 10:56
"mygov"da daha iki yeni xidmət istifadəyə verilib

Vətəndaşlara təqdim olunan rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə "mygov" platformasında daha iki yeni xidmət istifadəyə verilib. Artıq istifadəçilər mülki pilotsuz uçuş aparatlarının (PUA) dövriyyəsinə xüsusi icazənin verilməsi və PUA-ların dövlət qeydiyyatına alınması üzrə müraciətlərini rəqəmsal şəkildə "mygov" platforması üzərindən göndərə bilərlər. Sözügedən xidmətlərin inteqrasiya prosesi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Dövlət Mülki Aviasiya Agentliyinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilmişdir.

PUA-ların dövriyyəsinə xüsusi icazənin verilməsi ilə bağlı müraciətin göndərilməsi xidməti PUA-nın dövlət qeydiyyatına alınması ilə bağlı müraciətin təqdim edilməsindən əvvəl alınmalı olan ilkin rəsmi icazənin əldə olunmasını təmin edir.

Bu xidmətə müraciət üçün "mygov" tətbiqinin əsas səhifəsində "Xidmətlər" bölməsinə keçid edilir, "Nəqliyyat" kateqoriyası seçilir və "Pilotsuz uçuş aparatlarının (PUA) dövriyyəsinə xüsusi icazənin verilməsi üzrə müraciətlərin göndərilməsi" xidmətinə daxil olunur. Daha sonra müvafiq məlumatlar yazılır, sənədlər yüklənilir və müraciət göndərilir. Vətəndaşlar veb-sayt vasitəsilə xidmətlərdən yararlanmaq üçün my.gov.az-a daxil olaraq "Xidmətlər" bölməsini açıb, "Qurumlar" altbölməsindən Dövlət Mülki Aviasiya Agentliyini seçə və müvafiq xidmətə keçid edə bilərlər.

Dövlət Mülki Aviasiya Agentliyi ərizəçi tərəfindən təqdim olunan qanunvericiliklə nəzərdə tutulmuş müraciət və sənədlərin uyğunluğunu yoxlayır, çatışmazlıq olduğu halda isə ərizəçiyə bu barədə məlumat verir. Müraciət uyğun olduqda və ya çatışmazlıqlar aradan qaldırıldıqda müraciət rəy alınması üçün müvafiq dövlət qurumlarına göndərilir. Bütün rəylər müsbət olduğu halda PUA-nın ölkə ərazisində dövriyyəsinə icazə verilməsi barədə yekun qərar qəbul edilir. Xüsusi icazənin verilməsi üçün PUA-nın əsas texniki parametrləri, məsafədən identifikasiya sisteminin və coğrafi zonaları təyinetmə funksiyasının mövcudluğu mütləq tələb olunur.

PUA-ların qeydiyyatı üzrə müraciətlərin göndərilməsi xidməti isə xüsusi icazə alındıqdan sonra həyata keçirilən növbəti mərhələdir və bu proses üzrə icraat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 23 aprel tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mülki pilotsuz uçuş aparatlarının istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi Qaydaları"na uyğun olaraq aparılır.

Hər bir PUA-nın sahibi PUA-nı Azərbaycana idxal etməzdən əvvəl və xüsusi icazə aldıqdan sonra və ya Azərbaycanda istehsal etdikdən sonra 10 (on) iş günü ərzində onun dövlət qeydiyyatına alınması üçün müraciət etməlidir. Qeydiyyat sertifikatı 5 il müddətinə qüvvədədir və hər bir PUA-nın eyni vaxtda yalnız bir qeydiyyat sertifikatı ola bilər.

Qeydiyyat müraciətinin göndərilməsi üçün tətbiqin əsas səhifəsində "Xidmətlər" bölməsindən "Nəqliyyat" kateqoriyasına keçilir, "PUA-ların dövlət qeydiyyatına alınması üzrə müraciətlərin göndərilməsi" xidməti seçilir, müvafiq məlumatlar yazılır, sənədlər yüklənilir və müraciət göndərilir. Eyni zamanda my.gov.az saytına daxil olaraq "Xidmətlər" bölməsinə keçib "Qurumlar" altbölməsindən Dövlət Mülki Aviasiya Agentliyini seçə və müvafiq xidmətə keçid edə bilərlər.

Yeni xidmətlər PUA-ların dövriyyəsi və qeydiyyatı ilə bağlı prosesləri rəqəmsal müstəviyə daşıyaraq müraciətlərin daha rahat və əlçatan formada idarə olunmasını təmin edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Tahir Mirkişili: "PUA-larla bağlı icazə sistemi sadələşdiriləcək"

Tahir Mirkişili: "PUA-larla bağlı icazə sistemi sadələşdiriləcək"

23-10-2023
İran yeni PUA-lar istehsal edib

İran yeni PUA-lar istehsal edib

06-03-2023
"Bayraktar" PUA-ların istehsalçısı Azərbaycanda fəaliyyətə başlayır

"Bayraktar" PUA-ların istehsalçısı Azərbaycanda fəaliyyətə başlayır

26-12-2022
Azərbaycanda "Mülki pilotsuz uçan aparatlar" üzrə Texniki Komitə yaradılıb

Azərbaycanda "Mülki pilotsuz uçan aparatlar" üzrə Texniki Komitə yaradılıb

16-06-2023
Pilotsuz uçuş aparatlarına dair məruzə  beynəlxalq konfransda müzakirə olunub

Pilotsuz uçuş aparatlarına dair məruzə beynəlxalq konfransda müzakirə olunub

25-10-2021
AMEA ilk dəfə pilotsuz uçuş aparatı istehsal edib

AMEA ilk dəfə pilotsuz uçuş aparatı istehsal edib

26-09-2018
"Bayraktar Teknoloji Azərbaycan" PUA istehsalına başlayıb

"Bayraktar Teknoloji Azərbaycan" PUA istehsalına başlayıb

03-10-2025
Aeroportda dronların hərəkətinin idarə edilməsi mərkəzi yaradılacaq

Aeroportda dronların hərəkətinin idarə edilməsi mərkəzi yaradılacaq

09-10-2019
Azərbaycanda PUA-ların aşkarlanması üçün akustik sistem hazırlanır

Azərbaycanda PUA-ların aşkarlanması üçün akustik sistem hazırlanır

08-04-2021
PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşib

PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşib

17-06-2025
YTP-da  PUA-larla bağlı aparılan işlər yekunlaşıb

YTP-da PUA-larla bağlı aparılan işlər yekunlaşıb

05-12-2022
Prezident İlham Əliyev və oğlu Heydər Əliyev “Akıncı” PUA-larının uçuşuna baxıb

Prezident İlham Əliyev və oğlu Heydər Əliyev “Akıncı” PUA-larının uçuşuna baxıb

09-02-2024
Ötən il İKTA tərəfindən 41 minə yaxın avadanlığa icazə sənədi verilib

Ötən il İKTA tərəfindən 41 minə yaxın avadanlığa icazə sənədi verilib

17-01-2025
Azərbaycan ADEX-də bir neçə PUA nümayiş etdirib

Azərbaycan ADEX-də bir neçə PUA nümayiş etdirib

06-09-2022
Putin hökumətə PUA-larla bağlı tapşırıq verib

Putin hökumətə PUA-larla bağlı tapşırıq verib

14-06-2023
Türkiyənin yeni PUA-sı ilk dəfə uçuş-enmə zolağına çıxarılıb

Türkiyənin yeni PUA-sı ilk dəfə uçuş-enmə zolağına çıxarılıb

26-04-2023
Bu ilin I rübündə 8 mindən çox avadanlığın idxalına xüsusi icazə verilib

Bu ilin I rübündə 8 mindən çox avadanlığın idxalına xüsusi icazə verilib

02-05-2025
Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı AzTU-nun qonağı olub

Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı AzTU-nun qonağı olub

28-10-2025
Ailə üzvləri haqqında arayışı “mygov”dan əldə etmək mümkündür

Ailə üzvləri haqqında arayışı “mygov”dan əldə etmək mümkündür

21-04-2025
“Pilotsuz Uçuş Aparatları’’ müsabiqəsinə qeydiyyat davam edir

“Pilotsuz Uçuş Aparatları’’ müsabiqəsinə qeydiyyat davam edir

10-02-2022
PUA-ları hədəf alan kiberhücumların aşkarlanması üçün yeni yanaşma təklif olunub

PUA-ları hədəf alan kiberhücumların aşkarlanması üçün yeni yanaşma təklif olunub

19-09-2024
“ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən göstərilən xidmətlərin siyahısı genişləndirilib

“ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən göstərilən xidmətlərin siyahısı genişləndirilib

26-07-2023
İKTA: 4 ayda radio avadanlıqları ilə bağlı 350 müraciət daxil olub

İKTA: 4 ayda radio avadanlıqları ilə bağlı 350 müraciət daxil olub

05-05-2026
Bu ilin aprel-sentyabr aylarında 30 minə yaxın avadanlığa icazə sənədinin  verilməsi təmin edilib

Bu ilin aprel-sentyabr aylarında 30 minə yaxın avadanlığa icazə sənədinin verilməsi təmin edilib

17-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə