Previous Next
Bağla

Xarici dövlətlərin nəqliyyat vasitələrinə “İcazə” blanklarının dövlət sərhədində kvotadan kənar verilməsi ləğv edilib

30-03-2023 18:20
Xarici dövlətlərin nəqliyyat vasitələrinə “İcazə” blanklarının dövlət sərhədində kvotadan kənar verilməsi ləğv edilib

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 29 mart tarixli Fərmanı ilə xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə “İcazə” blanklarının dövlət sərhədinin buraxılış məntəqələrində verilməsi ləğv edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Xeberler.az-a bildirilib ki, Beynəlxalq sərnişin və yük daşımaları Azərbaycan Respublikası ilə digər ölkələr arasında kvota ilə müəyyən edilən “İcazə” blankları əsasında həyata keçirilir. Kvota sistemi ilə yanaşı, sərnişin və yük daşımalarını həyata keçirən xarici dövlətlərin nəqliyyat vasitələrinə sərhəddə kvotadan kənar “İcazə” blanklarının verilməsi mexanizmi də tətbiq edilirdi. Qeyd olunan mexanizmin mövcudluğu isə kvota üzrə mübadilə edilmiş “İcazə” blankı bitən tərəfin avtodaşıyıcılarının sərhəddə müvafiq “İcazə” blankını alaraq yerli daşımalar bazarına daxil olmaqla ölkə ərazisinə və ərazisindən yüklərin və sərnişinlərin daşınmasına imkan yaradırdı. Nəticədə daşımalarla bağlı kvota üzrə mübadilə edilən “İcazə” blanklarının Azərbaycan avtodaşıyıcıları tərəfindən tam şəkildə istifadə edilməməsi, onların müvafiq sifarişlərdən kənarda qalmaları baş verirdi. Bu da öz növbəsində milli avtodaşıyıcıların nəqliyyat parkının yenilənməsinə və sayının artmasına mənfi təsir göstərməklə onların beynəlxalq səviyyədə rəqabətliliyini və bazar paylarını azaltdı, yeni iş yerlərinin yaranması imkanlarını məhdudlaşdırdı.

Xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə “İcazə” blanklarının dövlət sərhədinin buraxılış məntəqələrində verilməsinin ləğvi ilə kvotadan artıq xarici nəqliyyat vasitələrinin ölkə ərazisinə daxil olmasına imkan verilməyəcək. Həmçinin beynəlxalq daşımalarda iştirak edən milli avtomobil daşıyıcılarının ölkəmizin geniş nəqliyyat-logistika imkanlarından aktiv istifadə etmələrinə münbit şərait yaranacaq. Eləcə də beynəlxalq daşımalar bazarında milli daşıyıcıların payları və beynəlxalq səviyyədə rəqabətliliyi əsaslı dərəcədə artacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ağırçəkili nəqliyyat vasitələrinə icazə “bir pəncərə”dən veriləcək

24-01-2023

"AYNA" informasiya sistemi haqqında Əsasnamə"də dəyişikliklər edilib

14-11-2025

Azərbaycandan Qırğızıstana elektron icazə blankı ilə ilk dəfə yük daşınıb

01-08-2025

Azərbaycanda “İcazə” blanklarının alınması üçün onlayn xidmət istifadəyə verilib

07-06-2023

“İcazə blankları”nın yekun bölgüsü başa çatıb

12-01-2022

“İcazə” blanklarının qanunsuz satışının qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir

03-03-2022

Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

14-12-2018

Elektron icazənin tətbiqi ilə ilk yükdaşımalar həyata keçirilib

23-12-2024

Azərbaycan və Türkiyə arasında elektron icazənin tətbiqi ilə ilk yükdaşımaları həyata keçirilib

18-12-2024

Beynəlxalq avtomobil daşımaları bazarında Azərbaycan daşıyıcılarının payı artıb

11-08-2022

Taksi nəqliyyat vasitələrinə elektron formada müvafiq icazə veriləcək

20-02-2024

Azərbaycanla Özbəkistan arasında elektron icazə ilə yükdaşıma həyata keçirilib

29-01-2025

Tahir Mirkişili: "Daşımalarla bağlı icazə sistemi təkmilləşdirilir"

12-06-2023

“Çin – Avropa birbaşa sürətli keçid – Transxəzər sınaq daşımaları” pilot layihəsi çərçivəsində ilk sınaq daşımalarına başlandı

25-05-2024

Azərbaycan daşıyıcıları ilk dəfə birbaşa olaraq Çindən Azərbaycana avtomobillərlə yük gətiriblər

27-06-2024

"Azərbaycanda sərnişindaşıma sahəsi üçün yeni elektron tətbiqlər hazırlanır"

20-06-2023

Nazirlər Kabineti yeni qərar qəbul edib

13-04-2022

Azərbaycanda taksi fəaliyyəti üçün dövlət rüsumları təsdiqlənibün dövlət rüsumları təsdiqlənib

18-08-2023

Dövlət Avtomobil Nəqliyyatı Xidməti “Daşıyıcı bələdçisi” layihəsinə başlayır

05-04-2022

Azərbaycan Yol Nəqliyyatı Qrupunun iclasında təmsil olunub

18-02-2026

Yaxın zamanda Özbəkistan Azərbaycanla icazə sistemi tətbiq edəcək

20-11-2024

Yaşıl dəhliz-dən istifadə üçün 53 şirkət icazə alıb

29-01-2019

"11 taksi sifarişi operatoruna icazə verilib"

19-07-2024

Ölkə başçısının Özbəkistana səfəri çərçivəsində beynəlxalq avtomobil əlaqələri haqqında sənədlər imzalanıb

22-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə