Ramin Quluzadə nazir vəzifəsini müvəqqəti icra edəcək

25-11-2015 / 13:35

Prezident İlham Əliyevin Sərəncamı ilə Ramin Quluzadə rabitə və yüksək texnologiyalar nazirinin I müavini vəzifəsinə təyin olunub.

 Bu gün Ramin Quluzadə nazirliyin kollektivinə təqdim edilib.

Xeberler.az-a verilən məlumata görə, Ramin Quluzadə həm də rabitə və yüksək texnologiyalar naziri vəzifəsini müvəqqəti icra edəcək.

Bundan öncə Ramin Quluzadə Heydər Əliyev Fondunda departament direktoru vəzifəsini tutub.
Ramin Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib
.

Xeberler.az bildirir ki, bu günə qədər  nazirin I müavini vəzifəsini İltimas Məmmədov daşıyırdı.

Maraqlıdır ki, rabitə və yüksək texnologiyalar nazirinin indiyə qədərki birinci müavini İltimas Məmmədovun vəzifəsindən azad olunması haqda sərəncam elan olunmayıb. Bu səbəbdən onun hazırki statusu qeyri-müəyyəndir.
Onun nazirin müavini vəzifəsi tutacağı istisna olunmur. Belə ki RYTN-nin əsasnaməsinin 5.4 maddəsinə görə, nazirlikdə bir birinci müavin, iki müavin vəzifəsi var. Bir müavin yeri uzun müddət idi ki , boş idi. Nazirin digər müavini isə Elmir Vəlizadədir.
İltimas Məmmədov Prezidentin 22 iyul 2014-cü il tarixli sərəncamı ilə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunmuşdu. Əli Abbasovun vəzifəsindən uzaqlaşdırılmasından sonra isə nazirin səlahiyyətlərini də icra edirdi.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.