“20 ildən sonra avtomobillər sürücüsüz idarə olunacaq”

25-01-2016 / 13:39

Apple-ın həmtəsisçisi və Fusion-IO şirkətinin elmi rəhbəri Stiv Voznyak dünyanın ən önəmli İT konfranslarından olan “Gartner Symposium/ITxpo”da çıxışı zamanı 20 ildən sonra avtomobillərin sürücüsüz idarə olunacağını bildirib.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, Voznyakın proqnozuna əsasən, yaxın gələcəkdə hər kəs özünüidarə sisteminə malik avtomobilə sahib olacaq. Beləliklə, daha az yol-nəqliyyat hadisəsi baş verəcək ki, bu da sığorta şirkətləri üçün çətinlik yaradacaq. Lakin bu zaman həmin şirkətlər kompüterlərdə özünüidarə sisteminin “sındırılması”ndan gəlir əldə edə biləcəklər.

Onun fikrincə, dronların intellektinin təkmilləşdirilməsi sifarişlərin pilotsuz təyyarələrlə hava vasitəsilə çatdırılması sistemlərinin geniş tətbiqinə imkan yaradacaq.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə