Apple, Google və Facebook 60 il sonra da fəaliyyət göstərəcək

18-04-2017 / 12:35

Yaxın günlərdə “Silicon Valley Comic Con” sərgisi keçiriləcək. Tədbirin təşkilatçısı tanınmış ixtiraçı və Apple şirkətinin həmtəsisçisi Stiv Voznyakdır.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki,  Voznyak sərgi ərəfəsində “USA Today” nəşrinə verdiyi müsahibəsində yaxın 58 illə bağlı proqnozunu səsləndirib.

O, düşünür ki, 2075-ci ilədək indiki səhraların ərazisində gələcəyin şəhərləri ucaldılacaq və ev problemi aradan qalxacaq.

Apple həmtəsisçisinin proqnozuna əsasən, insanları hər yerdə süni intellekt əhatə edəcək. Pasiyentlərə həkimə müraciət etmədən diaqnoz qoyulacaq və müalicə üçün reseptlər yazılacaq. Həmçinin 2075-ci ildə Apple, Google və Facebook  kimi nəhənglər daha da genişlənəcək.

Apple korporasiyası 1911-ci ildə təsis edilmiş IBM şirkəti kimi uzun müddət fəaliyyət göstərəcək. Son maliyyə rübündə Apple-ın kapitalı 246,1 milyard dollar təşkil edib.

 Bu korporasiya bir çox sahələrə sərmayə yatıra bilər. 2075-ci ildə Apple şirkətinin fəaliyyətini dayandıracağını düşünmək gülməli olar. Bu fikir Google və Facebook şirkətlərinə də aiddir”, – deyə Stiv Voznyak bildirib.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə