Previous Next
Bağla

Sığorta sistemində elektron dövr başlayır

03-11-2013 04:06
Sığorta sistemində elektron dövr başlayır

Azərbaycanda sığorta məsələlərini tənzimləyən qanuna əlavə dəyişikliklərin edilməsi gündəmə gəlib. Təklif olunan dəyişikliklərə əsasən, hər bir sığortaçı öz fəaliyyəti, habelə göstərdiyi sığorta xidmətləri barədə məlumatların elektron qaydada yayılması, şikayət və müraciətlərin bu qaydada qəbul edilməsi üçün rəsmi internet səhifəsinə malik olmalıdır.

Şirkətin bağladığı sığorta və təkrarsığorta müqavilələrinə aid məlumatların elektron qaydada daxil edilməsi, emal olunması və saxlanılmasına imkan verən elektron informasiya sistemi də yaradılmalıdır. Bu sistemlərin yaradılması sığorta müqavilələrinin elektron formada bağlanmasına imkan verəcək. Sığorta şirkətləri sığorta polislərinin satışını indi də elektron qaydada həyata keçirir, amma bu zaman yalnız sifarişi elektron formada vermək mümkündür.

İstənilən halda müqavilə kağız formasında bağlanır və müştəri də bunu kağız formasında alır. Yeni dəyişikliklərdən sonra isə artıq sığorta müqaviləsi də elektron sənəd formasında olacaq. Yəni hansı şirkət istəsə, özünün istənilən məhsulunu bu formada təqdim edə biləcək. Sığorta şirkətlərinin informasiya sistemlərinin yaradılması isə onların fəaliyyətinin həm təkmilləşdirilməsinə, həm də şəffaflığına imkan verəcək. Bu dəyişikliklərin məqsədi, sığorta şirkətlərinin fəaliyyətini bu günün tələblərinə uyğunlaşdırmaq, müştəriləri və əhalini daha yaxşı məlumatlandırmaq, eləcə də şirkətlərin fəaliyyətinin daha yaxşı təşkil olunmasıdır.

Azərbaycanın sığorta sektoruna həsr olunan ilk ixtisaslaşmış internet portalı olan “fins.az”ın ekspertləri buna misal olaraq bildirir ki, informasiya sisteminin tətbiq edilməsi və məlumatların avtomatik emalı şirkətin fəaliyyətində ortaya çıxa bilən risklərin vaxtında aşkar edilməsi və aradan qaldırılmasına imkan verəcək. Bu sistem sığorta şirkətlərinin işi ilə bağlı təhlilləri daha operativ və şəffaf aparmağa, hesabatları daha dəqiq və qısa müddətdə hazırlamağa şərait yaradacaq.

Qeyd edək ki, hazırda belə sistemlər bəzi şirkətlərdə artıq var. Qanunvericilikdəki yeni tələb isə bunun bütün şirkətlərdə olmasını nəzərdə tutur. İnternet saytında yerləşdirilməli olan minimum məlumatlar, eləcə də informasiya sisteminə olan tələblər də sığorta nəzarəti xidməti tərəfindən müəyyənləşdiriləcək. Ümumilikdə sığorta şirkətlərində elektron xidmətlər bazasının formalaşdırılmasına imkan yaradacaq. Bu tələblərin tətbiqinə bir qədər sonra başlanacaq. Belə ki, sığorta şirkətlərinin saytları tələb olunan formada 2014-cü il iyulun 1-dən, informasiya sistemi isə 2015-ci ilin əvvəlindən işə düşməlidir.(ictnews.az)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Sığorta müqavilələri internet vasitəsilə bağlanacaq

Sığorta müqavilələri internet vasitəsilə bağlanacaq

06-04-2012
İşsizlikdən sığorta ödənişinin təyinatı elektron qaydada aparılır

İşsizlikdən sığorta ödənişinin təyinatı elektron qaydada aparılır

29-04-2025
Azərbaycan sığorta sahəsində elektron imzanın tətbiqinə hazırlaşır

Azərbaycan sığorta sahəsində elektron imzanın tətbiqinə hazırlaşır

08-07-2011
«Azal Sığorta» şirkəti veb-saytını yeniləyib

«Azal Sığorta» şirkəti veb-saytını yeniləyib

29-12-2010
Məşğulluq altsistemi sığorta ödənişinin elektron qaydada təyinatına imkan verib

Məşğulluq altsistemi sığorta ödənişinin elektron qaydada təyinatına imkan verib

15-11-2019
Dövlət icbari şəxsi sığorta üzrə  ödənişlər proaktiv qaydada təyin ediləcək

Dövlət icbari şəxsi sığorta üzrə ödənişlər proaktiv qaydada təyin ediləcək

26-04-2022
Azərbaycanda sığorta haqqında ilk analitik portal fəaliyyətə başlayıb

Azərbaycanda sığorta haqqında ilk analitik portal fəaliyyətə başlayıb

07-11-2008
Daha bir sığorta şirkəti onlayn satışa başlayıb

Daha bir sığorta şirkəti onlayn satışa başlayıb

02-12-2015
Azərbaycanda internet vasitəsi ilə sığortalama

Azərbaycanda internet vasitəsi ilə sığortalama

08-01-2009
Nazirlik şikayətləri onlayn cavablandıracaq

Nazirlik şikayətləri onlayn cavablandıracaq

27-05-2015
Azərbaycanın Beynəlxalq Sığorta Şirkəti (BSS) rəsmi veb-saytını (www.iic.az) yeni tərtibatda istifadəyə verib

Azərbaycanın Beynəlxalq Sığorta Şirkəti (BSS) rəsmi veb-saytını (www.iic.az) yeni tərtibatda istifadəyə verib

24-12-2008
E-sistem üzərindən icbari sığorta müqaviləsi bağlanan işçilərin sayı artıb

E-sistem üzərindən icbari sığorta müqaviləsi bağlanan işçilərin sayı artıb

27-05-2021
Sığorta sektorunun rəqəmsal transformasiyası müzakirə edilib

Sığorta sektorunun rəqəmsal transformasiyası müzakirə edilib

21-04-2025
İcbari sığorta elektron məlumat mübadiləsinə əsaslanacaq

İcbari sığorta elektron məlumat mübadiləsinə əsaslanacaq

22-08-2019
Vətəndaşların sığortanı asanlıqla onlayn almaları üçün daha bir addım

Vətəndaşların sığortanı asanlıqla onlayn almaları üçün daha bir addım

02-02-2023
Yeni elektron xidmət istifadəyə verilib

Yeni elektron xidmət istifadəyə verilib

13-03-2013
Sığorta şirkətləri elektron imzanın tətbiqinə başlayıb

Sığorta şirkətləri elektron imzanın tətbiqinə başlayıb

06-10-2016
Sərhəd sığorta müqavilələrini onlayn bağlamaq mümkün olub

Sərhəd sığorta müqavilələrini onlayn bağlamaq mümkün olub

07-07-2025
Ən çox istifadə edilən e-xidmət hanısıdır?

Ən çox istifadə edilən e-xidmət hanısıdır?

02-02-2016
 Sığorta hesabatlarını elektron formada necə göndərməli?

Sığorta hesabatlarını elektron formada necə göndərməli?

17-04-2017
"Bu il bütün icbari sığortalar elektron müqaviləyə keçiriləcək"

"Bu il bütün icbari sığortalar elektron müqaviləyə keçiriləcək"

02-05-2023
“Dövlət icbari şəxsi sığorta” altsisteminin hazırlanması işləri yekunlaşmaq üzrədir

“Dövlət icbari şəxsi sığorta” altsisteminin hazırlanması işləri yekunlaşmaq üzrədir

04-04-2022
Azərbaycanda ilk dəfə sığorta polislərinin online satışı həyata keçirilir

Azərbaycanda ilk dəfə sığorta polislərinin online satışı həyata keçirilir

01-05-2009
8 ayda 13 804 şəxsə proaktiv qaydada e-fərdi şəxsi hesab açılıb

8 ayda 13 804 şəxsə proaktiv qaydada e-fərdi şəxsi hesab açılıb

22-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə