Previous Next
Bağla

3D-skaner telefonların təhlükəsizliyini təmin edəcək

15-08-2015 12:29
3D-skaner telefonların təhlükəsizliyini təmin edəcək

Beynəlxalq fiziklər qrupu ultrasəsin köməyilə barmaq izlərinin üçölçülü formasını əldə edə bilən mikrosxem hazırlayıb. Bu mikrosxem “iPhone” və digər mobil qadjetlərin “sındırılması” hallarının qarşısının alınması üçün nəzərdə tutulub.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, barmaq izi datçikləri 10 ilə yaxındır ki, cib kompüterlərinə və telefonlara quraşdırılır. Buna baxmayaraq, yalnız 2013-cü ilin sentyabrında Apple şirkətinin onu iPhone 5S modelinə quraşdıraraq Touch ID təhlükəsizlik sistemi üçün baza kimi istifadə etməsi ilə populyarlıq qazanıb.

Lakin hakerlər onu iki həftə ərzində “sındıra” biliblər. Bunun üçün şüşədə barmaq izinin şəklini çəkib, yarımşəffaf kağız və yapışqandan istifadə edərək onu adi printerdə çap ediblər.

“Problem ondan ibarətdir ki, iPhone-a quraşdırılmış datçik barmaq izinin üçölçülü formasını deyil, adi formasını oxuyur”, – deyə Kaliforniya Universitetinin (ABŞ) fiziki Devid Horsli bildirib.

Alimin sözlərinə görə, onun laboratoriyası 10 ildir ki, kiçik çipin daxilində yerləşdirilməsi mümkün olan miniatür ultrasəs detektorlarının yaradılması üzərində işləyir. Təxminən 4 il əvvəl, fiziklər bu texnologiyanın kommersiyalaşdırılması haqqında düşünərkən skan edilən barmağın üçölçülü formasının əldə olunması üçün ultrasəsdən istifadə etmək ideyası meydana çıxıb.

Horsli qeyd edib ki, barmaq izlərinin ultrasəsin köməyilə əldə olunması prosesi həkimlərin ultrasəsin köməyilə etdiyi müayinələrlə eyni qaydada həyata keçirilir. Çipin səthindəki datçiklər ultrasəs impulsunu ötürür və barmağın səthindəki izlərdən onun əksini qəbul edir. Bu kimi datçikləri çiplərin istehsalı, mikrofon və akselerometrlərin yığılması üçün tətbiq edilən texnologiyalar vasitəsilə hazırlamaq mümkündür.

Xeberler.az

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Printerlə smartfonun parolunu sındırmaq mümkündür-Video

16-03-2016

Hiss etmək qabiliyyətinə malik süni barmaq yaradılıb

11-03-2016

Əhali alış-veriş zamanı ödənişi barmaq izlərinin köməyilə edəcək

31-10-2016

Barmaq izi ödəniş kartlarını əvəz edəcək

12-11-2015

iPhone 8-in dizaynı necə olacaq?

15-08-2017

Kiçik implantat xərçəngin müalicəsinin gedişatını izləyə bilir

12-08-2015

MasterCard istifadəçiləri barmaq izi ilə ödəniş edəcək-Video

21-04-2017

Selfie-güzgü təqdim olunub

19-11-2015

Həm USB yaddaşdır, həm də barmaq izi oxuyan

17-07-2009

WhatsApp-a daha bir funksiya əlavə olunub

20-08-2019

İnsan sifəti plastik kartları əvəz edəcək

26-08-2016

iPhone 5SE-nin təqdim olunacağı tarix açıqlandı

03-02-2016

Telefonlara qulaq izi kilidi tətbiq edilib

27-04-2015

Apple yeni patent aldı

03-07-2015

“Apple” bütün cihazlarında üztanıma texnologiyası tətbiq edəcək

26-07-2021

Növbəti iPhone SE nə vaxt təqdim ediləcək?

24-11-2017

Təsviri dartaraq ekrandan kənara çıxaran texnologiya

09-07-2015

Etibarlı qurğu - Eikon To Go

02-10-2008

Sony SmartBand qolbağını təqdim edib

21-08-2015

iPhone və Samsung-ların şüalanma səviyyəsi açıqlandı

24-08-2019

Narkotik istifadəçiləri barmaq izlərinə görə aşkar olunacaq

26-05-2015

Bu texnologiya obyekt və materialları tanıyır-Video

14-11-2016

Siri itmiş iPhone-u tapacaq

30-05-2017

Virtual reallıqda obyektlərin formasını hiss edən əlcək hazırlanıb

16-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə