Forbes jurnalının redaktoru Qordon Kelli iPhone 8 smartfonunun yeni şəkillərini dərc edib.
Onun sözlərinə görə, bu, bütün mövcud prototiplər arasında ən müfəssəlidir.
"Mən bu prototipin iPhone 8 smartfonunun yekun dizaynı olduğunu təsdiq edə bilərəm – Kelli yazır. Adi metal parçasından ibarət olan bir çox maketlərdən fərqli olaraq, bu prototip çox müfəssəldir və fabrikdə yüksək keyfiyyətli materiallardan hazırlanıb".
Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, smartfonun arxa qapağı simsiz enerjidoldurmanı dəstəkləmək üçün şüşədən hazırlanıb. Həmçinin iPhone 8 qurğusu 5,8 düymlük çərçivəsiz displeyə malikdir.
O, həmçinin təsdiq edib ki, ekranın yuxarı hissəsində dinamik və datçiklərin altında kəsik var. iPhone 8 smartfonunun ölçüləri iPhone 7-dən bir qədər böyükdür.
Kelli qeyd edir ki, Apple şirkəti doğrudan Touch ID barmaq izləri skanerinə malik “Home” düyməsindən imtina etməyi və onu “Face ID” sifət skaneri ilə əvəz etməyi planlaşdırır.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri