Həm USB yaddaşdır, həm də barmaq izi oxuyan

17-07-2009 / 11:47

Yeni USB yaddaş istehsal edilib. Bu model masaüstü və dizüstü kompüterlərdə barmaq izi oxuma xüsusiyyətinə malikdir.

 “Victoria V520T Flash Yaddaşlı Barmaq İzi Oxuyucu” adlandırılan model kompüterinizdəki məlumatların təhlükəsizliyini təmin etmək üçün istehsal edilib.

USB yaddaş Outlookdakı e-poçtlarınızı, veb brauzerinizi, sənədlərinizi yadda saxlaya bilir və hər hansı bir kompüterdən hamısını əldə etmək mümkün olur.

Xarici bir kompüterdə də olsa, Victoria V520T-nin içində yüklü məlumatları yalnız barmaq icazəsi, ya da təyin etdiyiniz şifrəylə əldə etmək olur. İstifadə edildikdə isə özgə kompüterlərdə heç bir iz qoymur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə