Sony şirkəti ilk fitnes-qolbağını təqdim edəndən bir il sonra SmartBand 2-nin satışa çıxarılacağını elan edib.
Xəbərlər-in xarici sayta istinadən verdiyi məlumata görə, yeni versiya qurğunun funksionallığını artıran ürək döyüntüsü və akselerometr ötürücüləri ilə təchiz olunmaqla təkmilləşdirilib. Artıq qurğu vasitəsilə iPhone-lara qoşulmaq mümkündür.
SmartBand-ın əvvəlki versiyası yalnız addımları hesablamaq üçün istifadə olunub.
SmartBand 2-nin yeni datçikləri sayəsində sahibinin sağlamlıq vəziyyəti və məşqlərini daha yaxşı izləmək mümkün olacaq. Qadjet insanın nəbzi, ürək döyüntülərinin dəyişkənliyi, bütün gün ərzində fiziki fəallıq və stress səviyyəsini ölçmək imkanına malikdir.
SmartBand 2 istifadəçinin yuxuya getmə anını avtomatik aşkarlayaraq xəbərdarlıqları ona qoşulmuş smartfondan translyasiya etməklə daxil olan zənglərə və s. istifadəçinin diqqətini cəlb edə bilir.
Cari ilin sentyabrında ABŞ-da satışa çıxarılacaq qurğunun dəyəri 132 dollar təşkil edəcək.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri