4-cü Sənaye İnqilabına Qarabağ baxışı: İşğaldan azad olunmuş ərazilərdə Ağıllı şəhərlər

07-01-2021 / 18:46

Hazırda Cənubi Qafqaz dramatik hadisələrlə dolu tarixinin gərgin səhifələrindən birini yaşamaqdadır, halbuki yaşanmaqda olan dövrün mürəkkəbliyinə baxmayaraq, Azərbaycanın şanlı hərbi-siyasi tarixinin növbəti parlaq səhifəsi yazılır.

Vətən müharibəsində Azərbaycanın hərbi qələbəsi nəinki ölkəmizin tarixinin, bütövlükdə dünyanın ən mühüm hadisələrindən biri oldu. Hazırda bizi qarşıda 30 illik işğaldan azad edilən torpaqlarımızın inkişafı, tərəqqisi perspektivləri gözləməkdədir.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə etdiyi səfərləri zamanı düşmən tərəfindən bütün infrasturukturu dağıdılmış, talan olunmuş ərazilərdəki çıxışları və quruculuq işlərinin həyata keçiriləcəyi ilə bağlı bəyanatları da artıq belə nəticəyə gəlməyə zəmin yaradır ki, bu ərazilərimizə bütün infrastrukturlar, sosial, sənaye və iqtisadi imkanlar yenidən bərqərar ediləcək, Qarabağ dünyanın cəlbedici yerlərindən birinə çevriləcək.

Xeberler.az  bildirir ki, məhz bununla əlaqədar 4-cü sənaye inqilabı kontekstindən çıxış edərək bir sıra sahələri ayrı-ayrılıqda tarix üzrə fəlsəfə doktoru Emin Əliyev "Report"a açıqlayıb.

SMART idarəçilik vastəsi ilə nələrə nail olmaq olar?

Onun sözlərinə görə, SMART – hədəflərin qoyuluşuna yönəlmiş müasir yanaşma anlamını daşıyır: "İlk öncə, istərdim SMART–yəni ağıllı ifadəsinin tarixinə nəzər salaq və bu sözün təməlində hansı məqamların dayandığının təhlilini aparaq. Belə ki, “SMART” – “Ağıllı” konsepsiyası ilk dəfə 1954-cü ildə başlanmışdır desək, yanılmarıq. Menecment nəzəriyyəsinin banilərindən biri sayılan Amerika iqtisadçısı Piter Brüker tərəfindən ilk dəfə istifadə edilən SMART abreviaturasının açılışı belə olub: S – specific – konkret, M – “measurable” - ölçüləbiləcək, A – achievable - əlçatan, R – realistik – gerçək və T – “time framed” – konkret zaman çərçivəsində reallaşan. Beləliklə, SMART – hədəflərin qoyuluşuna yönəlmiş müasir yanaşma anlamını daşıyır və ayrı-ayrılıqda olaraq hər bir ifadəsində ən müasir texnoloji imkanlara sıçrayış olduğunu göstərir".

Son dövrlərdə bizlər SMART şəhərlər və ya "Ağıllı şəhərlər" termininə çox yerdə rastlaşırıq. Misal üçün, dünyanın ən rəqəmli və innovativ şəhərləri sayılan Amsterdam, Barselona, Sinqapur, Tokio və digərləri SMART idarəçilik vasitəsi ilə bir çox üstünlüklərə nail olublar. Bəs buna necə nail olublar və hansı üstünlükləri qazanıblar? Maraqlı sualdır...

SMART CİTY isə "Ağıllı şəhər" konseptidir və müasir dövrdə texnoloji inkişafın məhsuludur. 4-cü sənaye inqilabının aparıcı elementlərindən biridir.

Digər tərəfdən, "Ağıllı şəhər" konseptinin əsas məqsədlərindən biri – şəhərlərin idarəçiliyi səviyyələrinin birləşdirlməsidir və bunu edərək vahid “Data”nın, yəni məlumatlar bazalarının birgə işləməsinin təmin edilməsidir. Daha dəqiq desək, məlumat bazaları müxtəlif istiqamətli fəaliyyətlər nəticəsində formalaşan datadır. Misal üçün, şəhərin idarəedilməsi nəticəsində vahid ekosistem yaranır. Ekosistemin iştirakçıları isə yəni onun alt-komponentləri səhiyyə, nəqliyyat, loqistika, kommunal xidmətlər, rabitə sistemləridir. Mürəkkəb sistemlərin bərabər işləməsi nəticəsində (“interoperability”) isə böyük məlumatlar bazası formalaşır (“Big Data”)", - deyə E.Əliyev bildirib.

O hesab edir ki, qeyd olunanlar özü-özlüyündə çox mürəkkəb prosesdir, çünki müxtəlif istiqamətli fəaliyyətlər nəticəsində yaranan məlumatların toplanılmasını, təhlilini və proqnozunun verilməsini tələb edir: "Əgər onu da nəzərə alarsaq ki, bu gün azad olunmuş ərazilərimizdə düşmənin istilası zamanı demək olar ki, bütün infrastruktur, enerji mənbələri və s. həyat tələbatları tamamilə dağıdılıb, məhv edilib, bu zaman SMART CİTY kimi layihənin demək olar ki, sıfır həddindən başlayacağını reallıqdır.

Amma başqa tərəfdən, onu da nəzərə alsaq ki, Qarabağda Azərbaycanın dost ölkələri də fəaliyyət göstərəcək, onlardan texnoloğiyaların transferi əldə olunacaq və innovativ texnologiyaların tətbiqi prosesində böyük töhfələr verəcəklər, bu zaman qeyd edilən planların qısa zaman müddətində həyata keçiriləcəyini deyə bilərik. Azərbaycan dövlətinin isə dünyada cərəyan edən iqtisadi böhtana baxmayaraq, imkanı və gücü mövcuddur və əbəs deyil ki, Ali Baş Komandan, Prezident İlham Əliyev cənabları həmin ərazilərimizə etdiyi səfəri zamanı bu torpaqların çiçəklənəcəyi, dirçəldiləcəyi ilə bağlı bəyanatını səsləndirdi". 

SMART əməliyyatları bahalı prosesdir

E. Əliyev hesab edir ki, mürəkkəbliyi ilə yanaşı SMART əməliyyatları bahalı prosesdir: "Bildiyimiz kimi, bütün dünyada istehsal edilən enerjinin 1,5 % DATA mərkəzləri, yəni məlumat bazaları tərəfindən sərf edilir. Dünyada istehsal olunan datanın həcmi hər iki ildə iki dəfə artır. Bu qədər məlumatları saxlamaq, təhlil etmək və süni intellekt vasitəsi ilə analitik proqnozlar vermək də çox məsrəfli prosesdir. Bu statistikanı ona görə qeyd edirik ki, DATA mərkəzlərinin və "Ağıllı şəhərlər"in qurulmasının necə bahalı və kapital tutumlu olması təsəvvürünü formalaşdırmaqdır.

Beləliklə, fakt budur ki, müasir dövrdə müxtəlif sistemlərin inteqrasiyası vahid interfeysləri formalaşdırır. "Ağıllı şəhər" idarəçiliyində bu cür vahid sistemlər çoxsaylı məqsədlərə çatmağa kömək edir".

O, daha bir məqama nəzər salaraq "Ağıllı Nəqliyyat sistemi"nin SMART CİTY fonundakı məqamlarını sadaladı. Yəni təkçə "Ağıllı Nəqliyyat sistemləri" aşağıdakıları formalaşdırmağa və monitorinq etməyə imkan yaradır:

- Nəqliyyat infrastrukturu və nəqliyyat şəbəkəsi haqqında informasiyanın formalaşması

- Şəhər loqistikasının idarəedilməsi sisteminin yaradılması

- Nəqliyyat vasitələrinin real zamanda monitorinqi

- Nəqliyyatda yanacağa nəzarət sistemlərinin yaradılması

- Tullantıların idarəedilməsi

- Sərnişindaşımala sistemlərinin yaradılması

- Ağıllı yolların idarəedilməsi

- Yol hərəkəti reqlamentlərin icrasına nəzarət edilməsi

- Yollardakı yük artımının modelləşməsi və idarəedilməsi

- Ekoloji monitorinq

Onun fikrincə, bununla yanaşı, ağıllı nəqliyyat yol infrastrukturunun bütün sahələrinə nəzarət etməyə və idarə etməyə köməklik edir. Parkinq və dayanacaq idarəedilməsindən, ətraf mühitin korlanmasına qədər (yəni CO2 karbon dioksid tullantılarının həcminin ölçülməsinə qədər). Beləliklə yuxarıda sadalananlar "Ağıllı şəhər"in yol infrastrukturu sistemlərin inteqrasiyası və qarşılıqlı fəaliyyətini təmin edir.

"Bir daha fokusu prosesin bahalı olmasına yönəltmək istərdim. Misal üçün, bir dəniz platformasında 20 000 ilə 40 000 arası sensor quraşdırılır. Bu sensorlar müxtəlif məlumatları əlavə edərək bu məlumatları DATA mərkəzlərinə ötürür. Bir şəhərin ərazisi bir platforma ərazisindən 1 000 dəfələrlə daha çoxdur. Deməli SMART idarəetmə üçün milyonlarla sensor, kamera, ötürücü və digər cihazlar lazımdır.

Təbii ki bunların hamısı yüksəki sürətli internetin olması şəraitində mümkün ola biləcək. Pilotsuz idaəedilən avtomobillərdən istifadə yalnız 5G şəbəkələrin mövcud olan ərazilərdə mükün olduğu kimi, ağıllı şəhər və ağıllı nəqliyyat da yüksək sürətli internet tələb edir.

Yəni işqaldan azad olunan ərazilərdə ilk olaraq yüksək sürətli internet şəbəkəsi mövcud olmalıdır ki, SMART infrastruktur formalaşa bilsin. Bunun üçün də kifayət qədər həcmli kapital qoyuluşu tələb olunur", - E.Əliyev vurğulayıb.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.