Previous Next
Bağla

Azercell “Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarının tətbiqinə artıq hazırdır

16-03-2021 16:40
Azercell “Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarının tətbiqinə artıq hazırdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırığa əsasən azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyasına əsaslanmalı, dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunmalıdır. Bu konsepsiya ilə bağlı “Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrində müxtəlif həllərdə istifadə ediləcək qurğuların internet bağlantılarının təmin olunması üçün lazım olan şəbəkə infrastrukturunu ilk olaraq sınaqlar həyata keçirərək hazır vəziyyətə gətirən Azercell şirkəti oldu.

Yeni texnologiyaların tətbiqi ilə istifadəçilərinin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağı hədəfləyən Azercell Telekom «Ağıllı şəhər» və "Ağıllı kənd" layihələrində iştirakı ilə də bu məqsədə xidmət edəcək. Qeyd olunan konsepsiyanın infrastrukturu yüksək texnologiyalar əsasında qurulur və bu layihələrdəki xidmətlərin çalışmasında istifadə edilən qurğuların bir qismi Azercell-in hal-hazırkı 2G/3G/LTE şəbəkəsi üzərindən fəaliyyət göstərə bilər, lakin bəzi həllərdə az enerji tələbatı olan (məsələn, kiçik batareyalarla çalışan) xüsusi sensor və qurğuların (məsələn, su/qaz sayğacı, kənd təsərrüfatında istifadə edilən sensorlar və s.) istifadəsi ilə rəqəmsal məlumatların mərkəzi sistemə ötürülməsi lazım gəlir. Mobil operatorlar bu tipli sensor və qurğuları dəstəkləmək üçün LTE şəbəkəsində “az enerji tələbatlı şəbəkə” funksiyasını (NB-IoT – Narrow-Band Internet of Things) təklif edir. Azercell Telekom da bu imkanı şəbəkəsinə tətbiq edərək lazımi sınaq testlərini keçirərək, abunəçilərinə xidmət və əməkdaşlığa hazır vəziyyətə gətirmişdir.

Bu gurğulara dünyada geniş tətbiq edilən aşağıdakı cihazları misal çəkmək olar:

1. Qapı sensorları - bəzən maqnit sensorlar və ya giriş sensorları olaraq da adlandırılır. Bu sensorlar izləmə sistemlərində bir qapının açıq olub-olmadığını bildirən və ya təhlükəsizlik sistemlərini daha da təkminləşdirilməsində və yüksək
keyfiyyətinin təmin olunmasında əhəmiyyətli rol oynayan cihazlardır.

2. Su və ya yanacaq səviyyəsini ölçən sensorlar - açıq və ya yeraltı rezervuarlar üçün xüsusilə uyğundur. Çənin üst hissəsi ilə su və ya yanacaq səviyyəsi arasındakı maye səviyyəsini ölçməyə imkan verir.

3. Qaz sensoru - az enerji sərfiyyatı tələb edən qaz sensorları qaz aşkarlama sistemi, sızıntını aşkar etmək və istifadəçini sızıntının qarşısını almaq üçün xəbərdar etmək üçün istifadə olunur.

4. Dayanacaq yerlərini, ayrılmış yerlərin doluluğuna nəzarət etməyə imkan verən “ağıllı” park sensoru.

5. “Ağıllı” izləyici sensor - IoT-a əsaslanan texnoloji həllər vasitəsilə malların və istehsal aktivlərinin izlənməsi, xərclərin azalması və qənaət baxımından şirkətlər üçün çox əlverişlidir.

6. Yalnız dolmuş tullantı qutularının toplanmasına və nəticədə real vaxt monitorinqi vədaha əlverişli marşrut planlamağa şərait yaradan "ağıllı" tullantı qutuları sensoru.

«Ağıllı şəhər» və "Ağıllı kənd"də enerji resurslarından daha səmərəli istifadə olunduğundan proseslərin ətraf mühitə və insan sağlamlığına verdiyi mənfi təsir minimuma endirilir. Bu sistemlərin əsas ideyası inzibati ərazilərin bütün mümkün xidmət və obyektlərini vahid kompüterləşdirilmiş sistemdə birləşdirib idarə etməkdir. Müxtəlif elektronik və rəqəmsal metodlardan, sensorlardan istifadə olunaraq toplanılmış məlumatlardan istifadə edərək aktivlərin və resursların səmərəli istifadəsi təşkil olunur.

«Ağıllı şəhər» və "Ağıllı kənd" konsepsiyası özünün müxtəlif üstünlükləri və müsbət cəhətləri sayəsində gələcəkdə sözsüz ki, meqapolislərin, habelə orta və kiçik şəhərlərin ayrılmaz hissəsinə çevriləcəkdir. “Ağıllı” sistemlərin tətbiqi ekologiya mühitinin yaxşılaşdırması, vaxta qənaət, təhlükəsizlik xərclərin azalması, ümumiyyətlə şəhərin daha effektiv fəaliyyəti, kənd təsərrüfatının ən müasir texnologiyalar əsasında inkişafı, yüksək məhsuldarlıq deməkdir.

Azercell gələcək texnologiyalar dünyasında istifadəçilərinin bələdçisi olaraq müasir zamanda IoT (Əşyaların İnterneti) tərəfindən təqdim olunan məhdudiyyətsiz imkanlar və telekommunikasiya texnologiyaları vasitəsilə onlara daha rahat, “ağıllı” mühitdə işləmək və yaşamaq imkanı açır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in prezidenti: “Əsas məqsədimiz rəqəmsal mühitə qoşulmanı asanlaşdırmaqdır”

20-12-2021

“Azercell Telecom” STEVİE Beynəlxalq Biznes Mükafatlarının qızıl laureatı olub

19-08-2021

Nazir: İşçi qrupun fəaliyyəti “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə sürətli keçid üçün zəmin yaradacaq

20-04-2021

Nazirlik: Azad edilmiş ərazilərdə "ağıllı" xidmətlər mobil və stasionar rabitə hesabına reallaşdırılır

27-02-2021

Qarabağ “Ağıllı şəhər”ə və “ağıllı kənd”ə çevriləndə belə olacaq

16-02-2021

“Azercell Biznes” İoT və M2M platformasını təqdim edir

11-02-2026

“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası hazırlanacaq - SƏRƏNCAM

19-04-2021

Dünya Bankı Azərbaycana “Ağıllı kənd” yaratmağa dəstək göstərir

21-11-2022

Azad edilmiş ərazilər rəqəmsallaşdırılır

21-11-2022

“Azərişıq” ASC-də “3D mobil xəritə” sistemi tətbiq edilib

03-02-2022

Ekspert: Konsepsiya ortada yoxdur, konkret layihələrdən danışılır

22-11-2022

Nazir: 2024-cü ilin sonuna qədər Azərbaycanda fiber-optik çəkilməyən ev qalmamalıdır

21-11-2022

Zəngilanda "ağıllı kənd" hazırdır

19-05-2022

“Əşyaların interneti” çərçivəsində sensor şəbəkələrinin elmi-texniki problemləri təhlil edilib

13-11-2025

AzTU və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə seminar keçirilib

18-02-2021

Ağıllı şəhər və kənd" layihələrini kim icra edəcək? – RƏY

10-02-2021

Ağıllı qaz sayğacları iyulun 1-dən istifadəyə veriləcək

28-05-2022

“TEKNOFEST” çərçivəsində “Smart Qarabağ” Hakatonu keçiriləcək

01-02-2022

Azərbaycan Cənubi Koreyanın “ağıllı” idarəetmə mərkəzlərinin təcrübəsi ilə tanış olub

08-06-2023

Nazir: "ABŞ şirkətlərinin "ağıllı texnologiya" təcrübəsinin tətbiqinə hazırıq"

28-07-2021

Qarabağ "smart region"a çevriləcək

01-02-2021

EHİM: Kəndlərdə rəqəmsal mühitə çıxışı məhduddur

21-11-2022

“Ağıllı şəhər” konsepsiyasının təhlükəsi açıqlandı

07-05-2021

“MobiTel” Azərbaycanda unikal “ağıllı” telefonların satışına başlayacaq

05-03-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə