Previous Next
Bağla

Ağıllı texnologiyaların tətbiqi ilə işğaldan azad edilmiş ərazilər müasir texnologiyalar əsasında qurulacaq

17-05-2021 19:28
Ağıllı texnologiyaların tətbiqi ilə işğaldan azad edilmiş ərazilər müasir texnologiyalar əsasında qurulacaq

Mayın 17-si dünyada Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xeberler.az-a bildirilib ki, bu günün əlamətdar olması ilk Beynəlxalq Teleqraf Konvensiyasının imzalanması ilə Beynəlxalq Telekommunikasiya İttifaqının yaranmasının 1865-ci il 17 may tarixinə təsadüf etməsi ilə əlaqədardır. Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün builki mövzusu “Çətin dövrdə rəqəmsal transformasiyanın sürətləndirilməsi”dir. Bu gün münasibətilə “World Summit on the Information Society” – İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti çərçivəsində yüksək səviyyəli virtual panel keçirilib.

Əsas məqsəd həm ölkələr arasında, həm də müxtəlif sektorlarda informasiya-kommunikasiya texnologiyaları (İKT) və telekommunikasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulamaqdır.

Paneldə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə də iştirak edib. Nazir müavini rəqəmsal transformasiyanın əhəmiyyətindən danışaraq zamanın çağırışlarına uyğun görülən və görüləcək işlər barədə məlumat verib.

E.Vəlizadə çıxışında işğaldan azad edilmiş torpaqlarda müasir texnologiyaların tətbiqi məsələlərinə də toxunub: “Ağıllı (smart) və yaşıl (green) texnologiyaların tətbiqi ilə işğaldan azad edilmiş ərazilərdə yerləşən şəhər və kəndlərin müasir texnologiyalar əsasında qurulacağı planlaşdırılır”.

Panelin gedişində rəqəmsal texnologiyaların COVID-19 pandemiyası zamanında rolu və sonrakı dövrdə fəaliyyətin hansı istiqamətdə inkişaf etdiriləcəyi ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilmiş “World Summit on the Information Society Prizes 2021” – “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti Mükafatları 2021” müsabiqəsinin nəticələrinin mayın 18-də açıqlanması gözlənilir. Beynəlxalq müsabiqəyə Azərbaycandan da bir sıra layihə təqdim olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı tədbir keçiriləcək

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı tədbir keçiriləcək

17-05-2019
Azərbaycanın İKT istiqamətində gördüyü işlərin təqdimatı keçiriləcək

Azərbaycanın İKT istiqamətində gördüyü işlərin təqdimatı keçiriləcək

24-04-2015
Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunub

Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunub

17-05-2019
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə beynəlxalq mükafat təqdim olunub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə beynəlxalq mükafat təqdim olunub

07-04-2022
Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17-05-2021
Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17-05-2018
Azərbaycan beynəlxalq sammitdə iştirak edir

Azərbaycan beynəlxalq sammitdə iştirak edir

03-05-2016
Nazir: Rəqəmsal transformasiyanın zəruri olduğu bir dövrdə yaşayırıq

Nazir: Rəqəmsal transformasiyanın zəruri olduğu bir dövrdə yaşayırıq

17-05-2021
Ümumdünya İnformasiya Cəmiyyəti Günü qeyd edilir

Ümumdünya İnformasiya Cəmiyyəti Günü qeyd edilir

17-05-2017
Ümumdünya İnformasiya Cəmiyyəti Günü qeyd edilir

Ümumdünya İnformasiya Cəmiyyəti Günü qeyd edilir

17-05-2016
Sabah Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd ediləcək

Sabah Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd ediləcək

16-05-2015
Azərbaycan “WSIS-2020” çərçivəsində keçirilmiş toplantıda təmsil olunub

Azərbaycan “WSIS-2020” çərçivəsində keçirilmiş toplantıda təmsil olunub

09-09-2020
Cenevrədə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti keçirilir

Cenevrədə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti keçirilir

26-05-2015
Azərbaycanda İKT sahibkarlığın inkişafı müzakirə edilib

Azərbaycanda İKT sahibkarlığın inkişafı müzakirə edilib

18-05-2016
Azərbaycan İnformasiya Cəmiyyəti üzrə Sammitdə təmsil olunur

Azərbaycan İnformasiya Cəmiyyəti üzrə Sammitdə təmsil olunur

09-04-2019
“WSIS Prizes 2021”də mükafatlandırılma mərasimi keçiriləcək

“WSIS Prizes 2021”də mükafatlandırılma mərasimi keçiriləcək

18-05-2021
Azərbaycanlı mütəxəssislərin layihəsinin birinciliyini təsdiq edən sertifikat təqdim olunub

Azərbaycanlı mütəxəssislərin layihəsinin birinciliyini təsdiq edən sertifikat təqdim olunub

28-05-2021
Made in Azerbaijan brendi altında layihələrimiz beynəlxalq müsabiqəyə təqdim edilib

Made in Azerbaijan brendi altında layihələrimiz beynəlxalq müsabiqəyə təqdim edilib

25-01-2019
“İKT-dən istifadə zamanı etimad və təhlükəsizlik” adlı virtual sessiya keçirilib

“İKT-dən istifadə zamanı etimad və təhlükəsizlik” adlı virtual sessiya keçirilib

24-07-2020
17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

16-05-2011
Danışan kitabxana layihəsi Çempion mükafatına layiq görülüb

Danışan kitabxana layihəsi Çempion mükafatına layiq görülüb

10-04-2019
17 May Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17 May Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17-05-2020
Azərbaycan BTİ tərəfindən mükafatlandırılıb

Azərbaycan BTİ tərəfindən mükafatlandırılıb

08-10-2018
Nazirlik: Azad edilmiş ərazilərdə "ağıllı" xidmətlər mobil və stasionar rabitə hesabına reallaşdırılır

Nazirlik: Azad edilmiş ərazilərdə "ağıllı" xidmətlər mobil və stasionar rabitə hesabına reallaşdırılır

27-02-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə