Previous Next
Bağla

Pirallahı Yüksək Texnologiyalar Parkının rezidentləri seçilib

13-07-2020 19:11
Pirallahı Yüksək Texnologiyalar Parkının rezidentləri seçilib

Xeberler.az bildirir ki, Azərbaycanda yüksək texnologiyalar sahəsində çalışan 4 şirkət Pirallahı Yüksək Texnologiyalar Parkının rezidentləri seçildi

“RD Smart” MMC-nin “Smart Solar” layihəsinə, “Hadith Rock Light” MMC-nin “Smart Stone” layihəsinə, “Smart Home” və “İQREX” layihələrinə İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli tərəfindən qeydiyyat şəhadətnaməsi təqdim olundu.

16 iyun 2020-ci il tarixində İnnovasiyalar Agentliyinin 14 nömrəli Qərarı ilə Pirallahı Yüksək Texnologiyalar Parkına yeni rezidentlər qeydiyyata alındı.

Yüksək texnologiyalar sahəsinin inkişaf etdirilməsi, texnoparkda fəaliyyətin həyata keçirilməsi, innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və elmi tədqiqatların aparılması məqsədilə rezidentlər istehsal sahəsi ilə təmin ediləcək. Həmçinin, Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanununda texnologiya parklarının rezidentləri – texnologiya parklarının qeydiyyat şəhadətnaməsini almış və orada fəaliyyət göstərən sahibkarlar üçün bir sıra güzəştlər nəzərdə tutulmuşdur. Belə ki, rezidentlər texnologiya parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə müvafiq fəaliyyətə görə mənfəət/gəlir vergisindən, əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azaddırlar. Rezidentlik alan layihələr:

– “Hadith Rock Light” MMC-nin “Smart Stone” layihəsinin məqsədi Azərbaycanda keyfiyyətcə yeni işıqlandırma texnologiyalarının istehsalıdır. Hazırlanmasında ultra yüngül və incə materiallardan istifadə etməklə onları müxtəlif obyektlərə, o cümlədən bina və beton konstruksiyalara quraşdırmaq mümkün olacaq. Yeni texnoloji məhsul yol və metroda təhlükəsizliyin artırılmasına xidmət etmək potensialına malikdir.

– “RD Smart” MMC-nin “Smart Solar” layihəsi dünyada tətbiq olunan müasir texnologiyanı və ənənəvi memarlığı özündə birləşdirir. Yaşayış binalarının tavanlarında yerləşdirilərək, günəş enerjisindən istifadə etməklə, binanın xarici enerji asılılığını azaldır və kənar enerji resurslarından azadlığı təmin edir. Layihənin əsas məqsədi yeni iş yerlərinin yaradılması, təbii günəş enerjisindən istifadə edilməsi, “Smart City” texnologiyalarının tətbiq olunması və enerji sektorunda ağıllı texnologiyaların tətbiqi və ixracıdır.

– “Smart Home” layihəsi “Ağıllı Bina və Ev” avtomatlaşdırılması istiqamətində fəaliyyət göstərir. Əsasən Pirallahı Yüksək Texnologiyalar Parkında qurulacaq zavodda 25 növdə idxal edilən və ixrac potensialı yüksək olan texnologiya məhsulları istehsal ediləcək. İstehsal edilən məhsulların 100%-i daxili bazarın tələbatını ödəyəcəkdir.

– İstehsal-müştəri proqramı olan “İQREX” layihəsi marketinq üzrə intellektual nəzarət sistemidir. Onun köməyi ilə məhsulun orijinallığının təsbiti blokçeyn texnologiyası üzərindən unikal kodlar ilə həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycan brendi olan intellektual məhsulun dünya bazarına çıxarılmasıdır. Həmçinin 200-dən çox yeni iş yerlərinin yaradılması da nəzərdə tutulub.

İnnovasiyalar Agentliyinin tabeliyindəki Pirallahı və Mingəçevir Yüksək Texnologiyalar Parklarında rezidentlik statusunu almaqla bağlı bir sıra innovativ şirkətlərdən müraciətlər qəbul olunmaqdadır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Daha 2 şirkət Yüksək Texnologiyalar Parklarına rezidentliyə qəbul olunub

Daha 2 şirkət Yüksək Texnologiyalar Parklarına rezidentliyə qəbul olunub

22-02-2021
Daha 3 şirkət Pirallahı Yüksək Texnologiyalar Parkına rezidentliyə qeydiyyata alınıb

Daha 3 şirkət Pirallahı Yüksək Texnologiyalar Parkına rezidentliyə qeydiyyata alınıb

26-11-2020
“GoldenPay” ASC-nin layihəsinə Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusu verilib

“GoldenPay” ASC-nin layihəsinə Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusu verilib

03-03-2021
“Adviad” Pirallahı Yüksək Texnologiyalar Parkının yeni rezidenti olub

“Adviad” Pirallahı Yüksək Texnologiyalar Parkının yeni rezidenti olub

05-06-2023
Azərbaycanda ilk dəfə pulsuz vayfayı  olan dayanacaq quraşdırılıb

Azərbaycanda ilk dəfə pulsuz vayfayı olan dayanacaq quraşdırılıb

23-07-2020
İnnovasiyalar Agentliyində Türkiyə Sənaye və Texnologiyalar nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib

İnnovasiyalar Agentliyində Türkiyə Sənaye və Texnologiyalar nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib

18-06-2021
Mingəçevir İnkubator  Mərkəzinin istifadəyə veriləcəyi tarix açıqlanıb

Mingəçevir İnkubator Mərkəzinin istifadəyə veriləcəyi tarix açıqlanıb

20-06-2015
AMEA Yüksək Texnologiyalar Parkı sahibkarları rezident olmağa dəvət edir

AMEA Yüksək Texnologiyalar Parkı sahibkarları rezident olmağa dəvət edir

03-12-2020
Mingəçevirdə Texno Park və Sənaye Parkı yaradılır

Mingəçevirdə Texno Park və Sənaye Parkı yaradılır

27-02-2015
AMEA Yüksək Texnologiyalar Parkı yaradılıb

AMEA Yüksək Texnologiyalar Parkı yaradılıb

08-11-2016
Mingəçevir YT Parkının tikintisi yaxın müddətdə başa çatdırılacaq

Mingəçevir YT Parkının tikintisi yaxın müddətdə başa çatdırılacaq

28-10-2015
AMEA Yüksək Texnologiyalar Parkının yaranmasından 5 il ötür

AMEA Yüksək Texnologiyalar Parkının yaranmasından 5 il ötür

08-11-2021
YTP rezidentlərin sayını artıracaq

YTP rezidentlərin sayını artıracaq

06-01-2021
Nazir: İşçi qrupun fəaliyyəti “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə sürətli keçid üçün zəmin yaradacaq

Nazir: İşçi qrupun fəaliyyəti “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə sürətli keçid üçün zəmin yaradacaq

20-04-2021
Yüksək Texnologiyalar Parkının yaranmasından 4 il ötür

Yüksək Texnologiyalar Parkının yaranmasından 4 il ötür

07-11-2020
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 7 şirkətə rezidentlik verib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 7 şirkətə rezidentlik verib

01-03-2023
“Ağıllı” arı yeşiklərinin istehsalına başlanılıb

“Ağıllı” arı yeşiklərinin istehsalına başlanılıb

11-05-2022
Pirallahı YTP-da kompüter avadanlıqları istehsalı üçün şərait yaradılacaq

Pirallahı YTP-da kompüter avadanlıqları istehsalı üçün şərait yaradılacaq

11-06-2015
Rəqəmsal texnologiya istehsalçılarına güzəştlər müəyyən ediləcək

Rəqəmsal texnologiya istehsalçılarına güzəştlər müəyyən ediləcək

17-06-2026
Pirallahı YTP-da ofis sahələrinin tikintisinə başlanacaq

Pirallahı YTP-da ofis sahələrinin tikintisinə başlanacaq

04-11-2015
Pirallahı YTP-da Nümayiş zalının tikintisi yekunlaşıb

Pirallahı YTP-da Nümayiş zalının tikintisi yekunlaşıb

25-12-2015
Mingəçevir Dövlət Universiteti ilə İnnovasiya Agentliyi memorandum imzalayıb

Mingəçevir Dövlət Universiteti ilə İnnovasiya Agentliyi memorandum imzalayıb

22-12-2019
Mingəçevir İnkubatoruna müraciət edən gənclərlə görüş keçirilib

Mingəçevir İnkubatoruna müraciət edən gənclərlə görüş keçirilib

12-10-2016
YTP-nın İnkubasiya Mərkəzində 31 layihə fəaliyyətini davam etdirir

YTP-nın İnkubasiya Mərkəzində 31 layihə fəaliyyətini davam etdirir

16-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə