ABB-nin tərəfdaşlıq dəstəyi ilə ADA Universitetində növbəti “Karyera Həftəsi” keçirilib.
“Karyera Həftəsi”nin məqsədi tələbə və məzunları ölkəmizin əmək bazarı, mövcud karyera imkanları ilə tanış etməkdir.
ADA-nın hər il ənənəvi qaydada keçirdiyi “Karyera Həftəsi”ndə müxtəlif müzakirə panelləri, seminar və təqdimatlar təşkil olunur. Bu tədbirlərdə ayrı-ayrı qurumların rəhbər təmsilçiləri də iştirak edir. Universitetin tələbə və məzunları onlarla tanış olur, işgüzar əlaqələr qururlar.
“Karyera Həftəsi”nin açılışında ABB-nin İdarə Heyəti sədrinin müavini, Baş risk inzibatçısı Aqşin Əmirov da çıxış edib. O, tələbələrə bank sektorunda karyera yolu barədə məlumat verib. Bu sahədə çalışmaq istəyən gənclər üçün faydalı ola biləcək təcrübələrini bölüşüb.
ABB-nin tərəfdaşlıq dəstəyi ilə təşkil olunmuş “Karyera Həftəsi”nə 20-dən çox qurum qatılıb. Tələbələr bu qurumların təmsilçilərinin iştirakı ilə maraqlı təqdimatlar dinləyib, gələcək karyera həyatları üçün faydalı məlumatlar alıblar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları