ABB 25 Aprel Sahibkarlar Günü münasibətilə sahibkar müştəriləri üçün tədbir keçirib. Tədbirdə Bankın 50-dən çox korporativ, kiçik və orta biznes müştərisi iştirak edib. Onlara ABB-nin bizneslər üçün yaratdığı yeni məhsul və xidmətlər haqqında geniş məlumat verilib. Bankın müxtəlif layihələri barədə maraqlı təqdimatlar olub. İş adamlarını maraqlandıran çoxsaylı suallar cavabandırılıb. Görüş işgüzar şam süfrəsi arxasında davam edib.
ABB-nin korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin ABB üçün ən mühüm prioritetlərdən olduğunu bildirib: “Bizneslərin universal maliyyə tərəfdaşıyıq. Müştərilərimiz arasında müxtəlif miqyaslı sahibkarlıq subyektləri var. Biz maliyyə resurslarının hər kəsə əlçatan, bank xidmətlərinin maksimum rahat olması üçün ardıcıl layihələr reallaşdırmaqdayıq. Yaxın gələcəkdə rəqəmsal xidmətlərimizi daha da təkmilləşdirəcək, iş adamlarının gözləntilərinizə daha da uyğunlaşdıracağıq”.
Qeyd edək ki, 2016-cı ildən bəri hər il 25 aprel günü Azərbaycanda Sahibkarlar Günü kimi qeyd olunur. Bu, ölkəmizin sosial-iqtisadi həyatında sahibkarların roluna verilən böyük dəyər kimi cəmiyyətimizdə iş adamlarına dəstək əhval-ruhiyyəsini yüksəldir, biznes mədəniyyətini gücləndirir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları