Previous Next
Bağla

ABŞ-də “Nvidia” şirkəti barəsində araşdırma başlanılıb

20-11-2026 11:41
ABŞ-də “Nvidia” şirkəti barəsində araşdırma başlanılıb

ABŞ-də çip istehsalçısı “Nvidia” şirkətinin yarımkeçirici texnologiyalarının Çinin əlinə keçib-keçmədiyini müəyyənləşdirmək məqsədilə araşdırmaya başlanılıb. Bu addım şirkətin keçmiş baş icraçı direktoru Censen Huanqın casusluqda şübhəli bilinən çinli iş adamı ilə əlaqələrinin olması barədə iddialardan sonra atılıb.

Xeberler.az “CBS News” telekanalına istinadən məlumat verir ki, Kaliforniyanın baş prokuroru Rob Bonta jurnalistlərə açıqlamasında “Nvidia” şirkəti barəsində araşdırma aparıldığını təsdiqləyib. O bildirib ki, araşdırma çərçivəsində şirkətin yarımkeçirici texnologiyalarının Çinin əlinə keçib-keçmədiyi yoxlanılır.

Rob Bonta şirkətin qabaqcıl çiplərinin və ya məxfi məlumatlarının Çinə ötürülməsi ehtimalının da araşdırıldığını bildirib: “Nvidia” və onun keçmiş rəhbərinin davranışları şirkətin investorları yanıltmış ola biləcəyi ehtimalı da daxil olmaqla, ciddi narahatlıq doğuran məqamlar yaradır. “Nvidia” mürəkkəb və beynəlxalq miqyaslı vəziyyətlə üzləşib”.

Baş prokuror vurğulayıb ki, araşdırmanın məqsədi şirkətin investorları və ictimaiyyəti yanıltmağa yol verib-vermədiyini, eləcə də fəaliyyətinin ştat qanunlarını pozub-pozmadığını müəyyənləşdirməkdir: “Şirkətlər haqqında qanunvericiliyimizin əsas prinsipi olduqca aydındır: şirkətlər investorlarını yanılda bilməzlər”.

“Nvidia”nın Direktorlar Şurası noyabrın 8-də Censen Huanqın xarici kəşfiyyat fəaliyyətlərinin hədəfinə çevrilməsi ilə bağlı məlumatlardan sonra müstəqil araşdırmaya başlanıldığını açıqlamışdı. Araşdırmaya Huanqın Pekin hakimiyyətinə məlumat ötürməkdə şübhəli bilinən çinli iş adamı Elis Huan ilə yaxın münasibətlərinin olması barədə xəbərlər səbəb olub.

Noyabrın 12-də “Nvidia” şirkəti Huanqın direktorlar şurasının sədri, baş icraçı direktor və şura üzvü vəzifələrindən ayrıldığını, maliyyə direktoru Kolet Kressin isə müvəqqəti CEO təyin edildiyini açıqlayıb.

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask da daxil olmaqla, bir sıra texnologiya şirkətlərinin rəhbərləri Huanın vəzifəsinə qayıtması üçün başladılan imza kampaniyasına dəstək veriblər.

“Censenlə həmrəylik” adı ilə başladılan kampaniyada 190 mindən çox imza toplanıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Jensen Huanq "Nvidia"nın baş direktoru vəzifəsinə qayıda bilər

Jensen Huanq "Nvidia"nın baş direktoru vəzifəsinə qayıda bilər

16-11-2026
“Nvidia” səhmləri 8,6 faiz ucuzlaşıb

“Nvidia” səhmləri 8,6 faiz ucuzlaşıb

12-11-2026
NVIDIA-nın baş direktoru Censen Huan istefa verib

NVIDIA-nın baş direktoru Censen Huan istefa verib

12-11-2026
Nvidia Çinə H200 süni intellekt çiplərinin tədarükünü dayandırıb

Nvidia Çinə H200 süni intellekt çiplərinin tədarükünü dayandırıb

18-11-2026
"Nvidia"nın mənfəəti rüb ərzində ikiqat artıb

"Nvidia"nın mənfəəti rüb ərzində ikiqat artıb

27-08-2026
Nvidia: Çin süni intellekt yarışında ABŞ-yə qalib gələcək

Nvidia: Çin süni intellekt yarışında ABŞ-yə qalib gələcək

06-11-2025
Nvidia-nın bazar dəyəri bir gündə 442 milyard dollar artıb

Nvidia-nın bazar dəyəri bir gündə 442 milyard dollar artıb

29-08-2026
Nvidia Çinə yeni çiplərin göndərilməsi üçün ABŞ ilə danışıqlar aparır

Nvidia Çinə yeni çiplərin göndərilməsi üçün ABŞ ilə danışıqlar aparır

23-08-2025
ABŞ “Nvidia”ya çiplərini Çinə ixrac etmək üçün lisenziya verib

ABŞ “Nvidia”ya çiplərini Çinə ixrac etmək üçün lisenziya verib

09-08-2025
Nvidia yeni nəsil süni intellekt çipini təqdim edib

Nvidia yeni nəsil süni intellekt çipini təqdim edib

20-05-2025
“Nvidia” ən dəyərli şirkətlər reytinqində birinci yerə yüksəlib

“Nvidia” ən dəyərli şirkətlər reytinqində birinci yerə yüksəlib

04-06-2025
Nvidia Çin bazarına süni intellekt çiplərinin satışını bərpa edir

Nvidia Çin bazarına süni intellekt çiplərinin satışını bərpa edir

15-07-2025
Çin “H200” çiplərinin idxalına başlaya bilər

Çin “H200” çiplərinin idxalına başlaya bilər

09-01-2026
Azərbaycan "Nvidia" ilə əməkdaşlığı müzakirə edib

Azərbaycan "Nvidia" ilə əməkdaşlığı müzakirə edib

13-12-2025
“Nvidia AI” ilə “DeepL” 18 gündə bütün interneti tərcümə edə bilir

“Nvidia AI” ilə “DeepL” 18 gündə bütün interneti tərcümə edə bilir

13-06-2025
Ermənistandakı “Nvidia” infrastrukturundan istifadəçi məlumatları sızdırılıb

Ermənistandakı “Nvidia” infrastrukturundan istifadəçi məlumatları sızdırılıb

12-05-2026
ABŞ Ermənistana "Nvidia" çiplərinin ixrac lisenziyalarını verib

ABŞ Ermənistana "Nvidia" çiplərinin ixrac lisenziyalarını verib

10-02-2026
Nvidia "H200" çip komponentləri təchizatçıları istehsalı dayandırıblar

Nvidia "H200" çip komponentləri təchizatçıları istehsalı dayandırıblar

17-01-2026
Nvidia yenidən dünyanın ən yüksək bazar dəyərinə malik şirkəti olub

Nvidia yenidən dünyanın ən yüksək bazar dəyərinə malik şirkəti olub

04-07-2025
Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

31-10-2026
Personal superkompüter təqdim olunub

Personal superkompüter təqdim olunub

19-11-2008
Nvidia Çin bazarı üçün Süni İntellekt Çipi hazırlayır

Nvidia Çin bazarı üçün Süni İntellekt Çipi hazırlayır

20-08-2025
ABŞ Çini daha az inkişaf etmiş Nvidia çipləri ilə təmin edəcək

ABŞ Çini daha az inkişaf etmiş Nvidia çipləri ilə təmin edəcək

30-07-2025
“SpaceX” Nvidia Sİ superkompüterlərini 2027-ci ildə kosmosa göndərəcək

“SpaceX” Nvidia Sİ superkompüterlərini 2027-ci ildə kosmosa göndərəcək

14-09-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə