Previous Next
Bağla

Nvidia: Çin süni intellekt yarışında ABŞ-yə qalib gələcək

06-11-2025 07:07
Nvidia: Çin süni intellekt yarışında ABŞ-yə qalib gələcək

Çin sənayedə daha az tənzimləmə və daha aşağı elektroenerji xərcləri səbəbindən süni intellekt yarışında ABŞ-yə qalib gələcək.

Xeberler.az bildirir ki, bu barədə Amerikanın aparıcı çip təchizatçısı "Nvidia" şirkətinin baş direktoru və təsisçisi Jensen Xuanq məlumat verib.

"Çin süni intellekt yarışında qalib gələcək", - o, Britaniyanın "Financial Times" (FT) qəzetinə müsahibəsində bildirib. O, əlavə edib ki, ABŞ yeni süni intellekt qaydalarını tətbiq edərkən, Çin subsidiyalar sayəsində pulsuz enerjiyə malik olub.

Keçmiş prezident Co Baydenin (2021-2025) administrasiyası dövründə ABŞ Amerika şirkətlərinin Çinə qabaqcıl prosessorlar tədarükünü qadağan edib. Sənaye liderlərindən biri olan "Nvidia" Çin şirkətlərinin ehtiyaclarını ödəmək və ixrac məhdudiyyətlərinə riayət etmək üçün hazırlanmış ixtisaslaşdırılmış mikroçiplər hazırlayıb, lakin Qərb mediasının məlumatına görə, Pekin Çin istehsalçılarını onlardan istifadə etməməyə çağırıb.

FT-nin xəbər verir ki, "Nvidia" şirkətinin baş direktoru əvvəllər ABŞ Prezidenti Donald Trampdan Çinə qarşı ixrac məhdudiyyətlərini qaldırmasını istəyib. Onun sözlərinə görə, Amerikanın ən son süni intellekt modelləri Çin rəqiblərindən yalnız bir qədər irəlidədir. Xuanq qeyd edib ki, Amerika hakimiyyəti ABŞ şirkətlərinin qlobal bazarlarda lider mövqelərini qoruyub saxlamasına imkan vermək üçün ixrac məhdudiyyətlərini yumşaltmalıdır. İş adamı vurğulayıb ki, belə bir ssenaridə digər ölkələr Amerika texnologiyasından asılı olacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ABŞ “Nvidia”ya çiplərini Çinə ixrac etmək üçün lisenziya verib

09-08-2025

Nvidia Çin bazarına süni intellekt çiplərinin satışını bərpa edir

15-07-2025

Çinin əsas texnologiya şirkətləri süni intellektə xərclərini 2 dəfə artırıb

26-08-2024

Nvidia Çin bazarı üçün Süni İntellekt Çipi hazırlayır

20-08-2025

ABŞ Ermənistana "Nvidia" çiplərinin ixrac lisenziyalarını verib

10-02-2026

ABŞ Çini daha az inkişaf etmiş Nvidia çipləri ilə təmin edəcək

30-07-2025

“Nvidia” ən dəyərli şirkətlər reytinqində birinci yerə yüksəlib

04-06-2025

Çin yerli şirkətlərə Nvidia çiplərinin istifadəsini məhdudlaşdırıb

12-08-2025

Özbəkistan “Nvidia” ilə əməkdaşlığa başlayır

10-11-2025

Azərbaycan "Nvidia" ilə əməkdaşlığı müzakirə edib

13-12-2025

ABŞ Rusiya və Çinə qabaqcıl çiplərin satışını qadağan edə bilər

05-12-2025

Nvidia yeni nəsil süni intellekt çipini təqdim edib

20-05-2025

Nvidia Blackwell çipini təqdim edib

21-10-2025

DeepSeek Sİ modelinin hazırlanmasına 294 min dollar xərcləyib

19-09-2025

Nvidia Çinə yeni çiplərin göndərilməsi üçün ABŞ ilə danışıqlar aparır

23-08-2025

Cənubi Koreya BƏƏ-nin süni intellekt layihəsinə qoşulur

18-11-2025

Nvidia: İstənilən xoşagəlməz sürpriz qlobal fond bazarını iflas etdirə bilər

26-08-2025

Azərbaycan ABŞ ilə süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

10-02-2026

Nvidia yenidən dünyanın ən yüksək bazar dəyərinə malik şirkəti olub

04-07-2025

ABŞ Ərəb ölkələrinə yarımkeçiricilərin satışını təsdiqləyib

20-11-2025

ABŞ-nin İT sektoru 1 trilyon dollar itirib

11-03-2025

ABŞ Böyük Britaniyanın texnologiya sektoruna sərmayə qoyacaq

17-09-2025

ABŞ “Xiaomi”ni “qara siyahı”ya saldı

15-01-2021

“Nvidia AI” ilə “DeepL” 18 gündə bütün interneti tərcümə edə bilir

13-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə