Amerika texnologiya şirkəti Nvidia artıq Çinə süni intellekt (Sİ) sistemləri üçün H200 çipləri tədarük etmir.
Xeberler.az məlumat verir ki, bu barədə Nvidia şirkətinin baş icraçı direktorunun səlahiyyətlərini icra edən Kolet Kress CNBC telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, şirkətin Çinə ümumi tədarükünün təxminən 10 faizi oyun sənayesi, avtomobil sektoru və iş stansiyaları üçün nəzərdə tutulan məhsulların payına düşür.
Kress qeyd edib ki, H200 çipləri yalnız ixracına lisenziya əsasında icazə verilən məhsullar olub və ötən rübdə Çinə tədarük edilib. Lakin hazırda Nvidia bu çipləri, o cümlədən Çinə göndərmir.
Ötən həftə ABŞ-nin maliyyə naziri Skott Bessent ölkənin ticarət naziri Hovard Latniki Çinə yüksək texnologiyalı məhsulların ixracına nəzarət tədbirlərini kifayət qədər sərt tətbiq etməməkdə faktiki olaraq ittiham edib.
ABŞ Prezidenti Donald Tramp isə daha sonra Latnikin rəhbərlik etdiyi qurumun Çinə ixrac nəzarətini lazımi səviyyədə həyata keçirməməsi səbəbindən milli təhlükəsizliyin zərər görməsi ilə bağlı iddiaları rədd edib. O, həmçinin Nvidia şirkətinin Çinə ən müasir mikrosxemləri tədarük etmədiyini xatırladıb.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları