Previous Next
Bağla

NVIDIA-nın baş direktoru Censen Huan istefa verib

12-11-2026 18:56
NVIDIA-nın baş direktoru Censen Huan istefa verib

ABŞ-nin texnologiya nəhəngi NVIDIA şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Censen Huan vəzifəsindən istefa verib.

Xeberler.az bildirir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumata görə, istefa qərarı Huanın şəxsi münasibətləri ilə bağlı qalmaqal və milli təhlükəsizlik narahatlıqları fonunda qəbul edilib.

ABŞ rəsmilərinin Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bildiyi qadınla Huanın münasibətdə olması barədə məlumatlar şirkət daxilində araşdırmaya səbəb olub. NVIDIA rəhbərliyi şirkətin kommersiya sirlərinin və milli təhlükəsizliklə bağlı məlumatların ələ keçirildiyini düşünmək üçün əsas olmadığını bildirib.

Şirkətin maliyyə direktoru Kolet Kress müvəqqəti baş icraçı direktor təyin edilib.

Qeyd edək ki, 63 yaşlı Censen Huan 1993-cü ildə NVIDIA-nı təsis edib və həmin vaxtdan şirkətə rəhbərlik edib.

ŞƏRHLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə