ABŞ administrasiyası Sinqapurda yerləşən “PT Megaspeed International” şirkətini qara siyahıya salıb.
Xeberler.az məlumat verir ki, bu qərar ABŞ Federal Reyestrində dərc edilib.
Siyahıya yeddi şirkət əlavə edilib. “PT Megaspeed International” da onların arasındadır. Qərar “Nvidia” şirkətinin baş direktoru Jensen Huanq və onun 2025-ci ilə qədər “Megaspeed” şirkətinə rəhbərlik etmiş Alis Huanq ilə münasibətləri ətrafında yaranan qalmaqal fonunda qəbul edilib.
“Megaspeed” ABŞ Ədliyyə Nazirliyi və Ticarət Nazirliyi tərəfindən ixrac nəzarəti pozuntularına görə araşdırılır.
“Reuters” agentliyi xəbər verir ki, Çin casusluq iddialarının “əsassız” olduğunu bildirib.
ABŞ Ticarət Nazirliyi, həmçinin “Alibaba” şirkətinin Sinqapurda yerləşən bölməsi “Apex Enterprise Solutions”u sanksiyalara məruz qalan qurumlar siyahısına əlavə edib. “The Financial Times” qəzetinin məlumatına görə, “Megaspeed” rəsmi “Nvidia” bulud tərəfdaşı statusu qazanmaq üçün “Alibaba” ilə əlaqələrindən istifadə edib. “Megaspeed” şirkətinin qara siyahıya salınması Jensen Huanqın iki həftə əvvəl istefasından sonra “Nvidia” şirkətinin baş direktoru vəzifəsinə bərpa olunması ilə üst-üstə düşüb.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları