Abşeron Telekommunikasiya Qovşağının gəlirlərinin həcmi 11% artıb

09-07-2010 / 22:24

 Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Aztelekom” İstehsalat Birliyinin Abşeron Telekommunikasiya Qovşağı (TKQ) bu ilin I yarımilliyinin yekunlarını açıqlayıb.

RİTN mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun verdiyi məlumata görə, hesabat dövründə əldə olunan gəlirlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11% artaraq 1 mln. 431 min manatdan çox təşkil edib.

İlin əvvəlindən Abşeron TKQ tərəfindən əhaliyə göstərilən rabitə xidmətlərinin həcmi də ötən ilin müvafiq dövrünə nisbətən 13 % artaraq 1 mln. 216 min manatdan artıq təşkil edib. Qovşaq hesabat dövrü ərzində ötən ilin müvafiq dövrünə nisbətən 15 % artıq, yəni 668,4 min manat mənfəət əldə edib. Eyni zamanda göstərilən rabitə xidmətləri üzrə mövcud olan debitor borclarının yığımı 98%-ə, köhnə debitor yığımı isə 44%-ə çatdırılıb ki, bu da 2009-cu ilin uyğun dövrünə müvafiq olaraq 7% və 10% artıqdır.

Bir telefon aparatına düşən gəlir də keçən ilin müvafiq dövrü ilə müqayisədə 7% artaraq 39,9 manata çatdırılıb. Əlavə gəlir əldə etmək üçün EATS-lərin xidmətlərindən geniş istifadə edilib, keçən il ilə müqayisədə bu sahədə də 11,5% artıq gəlir əldə olunub.

mənbə: APA


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə