Previous Next
Bağla

ADY "SİMA Pay" – üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlayıb

15-05-2026 12:17
ADY "SİMA Pay" – üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlayıb

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ictimai nəqliyyatda ilk dəfə olaraq "SİMA Pay" – üztanıma ödəniş sisteminin tətbiqinə başlayıb.

Xeberler.az səhmdar cəmiyyətinə istinadən məlumat verir ki, sərnişinlər artıq bu sistem vasitəsilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və Koroğlu dayanacağındakı turniketlərdən sürətli və daha rahat keçid edə biləcəklər.

Bu innovativ addım sərnişinlərə heç bir fiziki karta və ya cihaza ehtiyac duymadan turniketlərdən sürətli və daha rahat keçid imkanı verir, səyahətin başladığı ilk saniyədən texnoloji rahatlığı hiss etdirir. Sərnişinlər "ADY Mobile" mobil tətbiqində "Üztanıma ilə keçin" bölməsinə daxil olaraq bu xidmətdən yararlana bilərlər.

Dünyanın qabaqcıl ölkələrinin "Face Pay" təcrübəsinin Azərbaycanda "SİMA Pay" rəqəmsal ekosistemi və "ADY Mobile"ın virtual kartının inteqrasiyası yolu ilə tətbiqi dəmir yollarında sərnişindaşımanın təhlükəsizliyini daha da yüksəldəcək, biometrik ödənişlər riskləri minimuma endirəcək, həmçinin kartın itirilməsi və ya balansın bitməsi kimi qayğıları aradan qaldıracaq.

Qeyd edək ki, son illərdə ADY sərnişin məmnuniyyətini təkcə yeni qatarlar və istiqamətlərlə deyil, həm də gündəlik həyatı asanlaşdıran rəqəmsal həllərlə təmin edir. Xüsusilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə son üç ildə həyata keçirilən yeniliklər sayəsində sərnişindaşıma xidməti tamamilə yeni mərhələyə keçib. Artıq kassalarda növbədə dayanmaq və fiziki bilet alışına ehtiyac yoxdur. Sərnişinlər vaxt itirmədən ödənişlərini bank kartları, NFC və "ADY Mobile" tətbiqi vasitəsilə həyata keçirirlər.

Statistik nəticələr də göstərir ki, dəmir yollarının rəqəmsallaşması istiqamətində son illərdə həyata keçirilən yenilikləri sərnişinlər müsbət qarşılayır və rahat mənimsəyirlər. Belə ki, 2023-cü ildə istifadəyə verilən "ADY Mobile" istifadəçilərinin sayı artıq 400 mini ötüb. Qatarla bölgələrə səfər edən sərnişinlərin təxminən 80 faizi biletlərini onlayn şəkildə əldə edir. Eyni zamanda, 2024-cü ildən ölkədaxili marşrutlar üzrə səyahət üçün qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin yalnız fiziki formada təqdim edilməsi tələbi aradan qaldırılıb, "My.gov.az" portalından şəxsiyyəti təsdiq edən məlumatları QR kod şəklində təqdim etmək kifayətdir. Bundan başqa, sərnişinlər səyahət boyu həm işgüzar fəaliyyət, həm də asudə vaxtın səmərəli keçirilməsi üçün qatarlarda ödənişsiz "Wi-Fi" şəbəkəsinə qoşula bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ADY mobil tədbiqini yükləyənlərin sayı 400 mini ötüb

03-04-2026

"Azərbaycan Dəmir Yolları" mobil tətbiqini istifadəyə verib

20-10-2023

“Azərbaycan Dəmir Yolları”nın vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsi qurulur

23-09-2024

Qatarlarda ödənişsiz “Wi-Fi” xidmətinin tətbiqinə başlanılır

29-10-2024

ADY: Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür

24-02-2026

“ADY Mobile” tətbiqinin yüklənmə sayı 180 minə çatıb

22-01-2025

Daha bir qurum İT resurslarını “Hökumət buludu”na köçürür

10-11-2022

ADY-nin rəqəmsallaşdırılması istiqamətində irəliləyişə nail olunub

03-06-2025

ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

05-06-2025

Dəmiryolu stansiyalarında pulsuz “Wi Fi” zonaları yaradılacaq

31-05-2024

Bakı-Sumqayıt qatarlarında elektron ödəniş aktivləşdi

27-07-2023

ADY yenilənmiş korporativ veb-saytını təqdim edib

06-11-2024

Sosial mediada ADY adından saxta səhifələr açılır

02-11-2024

ADY-nin elektron xidmətlər portalı “digital.login”ə inteqrasiya edilib

16-05-2025

ADY: Rəqəmsallaşma sərnişin təcrübəsini dəyişdirir

05-12-2025

ADY infrastrukturun rəqəmsallaşdırılması üzrə beynəlxalq əməkdaşlığı genişləndirib

28-12-2024

Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı qatarlarında pulsuz “Wi-Fi” aktivdir

13-11-2024

"ADY" süni intellektin tətbiqinə hazırlaşır

03-06-2025

Bakıdakı bütün avtobuslarda NFC ilə ödəniş mümkün olacaq

05-11-2025

“ADY”nin fəaliyyəti rəqəmsal alətlər vasitəsilə yenidən formalaşdırılır

05-12-2025

ADY İT akademiyası yaradacaq

03-02-2025

“Stadler” Azərbaycanda Regional Servis Mərkəzinin yaradılmasına investisiya yatıracaq

24-10-2023

Naxçıvana aviabiletləri “SİMA İmza” ilə almaq mümkün olacaq

23-09-2024

Asiya İnkişaf Bankı dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana kredit ayırıb

01-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə