Previous Next
Bağla

ADY-nin elektron xidmətlər portalı “digital.login”ə inteqrasiya edilib

16-05-2025 13:08
ADY-nin elektron xidmətlər portalı “digital.login”ə inteqrasiya edilib

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi”nin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) rəqəmsal transformasiya strategiyası çərçivəsində növbəti yeniliyə imza atıb.

Xeberler.az məlumat verir ki, ADY-nin elektron xidmətlər portalı ölkənin vahid rəqəmsal identifikasiya sistemi olan “digital.login” ilə uğurla inteqrasiya edilib. Bu yenilik istifadəçilərə portala daha sürətli, təhlükəsiz və rahat şəkildə daxil olmaq imkanı yaradır.

İndi istifadəçilər portalda xidmətlərə daxil olmaq üçün artıq mövcud olan identifikasiya vasitələrindən – “SİMA İmza”, “ASAN İmza”, “SİMA Token” (Elektron İmza), İdentifikasiya nömrəsi və BSXM Elektron İmzadan istifadə edə bilirlər. İnteqrasiyanın əsas üstünlükləri:

- Sadə və sürətli giriş – Təkrar qeydiyyat zərurəti aradan qalxır;

- Təhlükəsizliyin artırılması – Dövlət tərəfindən təsdiqlənmiş identifikasiya vasitələri istifadə olunur;

- Vaxta qənaət – Müraciət və sorğuların təqdimat prosesi sürətlənir;

- Dövlət sistemləri ilə uyğunluq – “MyGov” portalı və digər dövlət platformaları ilə inteqrasiya imkanı yaranır.

Qeyd edək ki, layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib və Azərbaycanda rəqəmsal hökumət sisteminin inkişafına mühüm töhfə verir. Eyni zamanda, bu yenilik “bir pəncərə” prinsipi əsasında təqdim edilən onlayn xidmətlərin daha genişləndirilməsinə imkan yaradır.

Xatırladaq ki, ADY-nin bu yaxınlarda istifadəyə verdiyi elektron xidmətlər portalı (https://portal.ady.az/) əməliyyat səmərəliliyinin artırılması, vətəndaşlara və biznes müştərilərinə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır və dəmir yolu xidmətlərinin daha rahat, müasir, şəffaf və innovativ şəkildə təqdim olunmasını təmin edir. Portal vətəndaşların müraciət və digər xidmətlərə onlayn formada çıxışını təmin edən əsas platforma kimi inkişafını davam etdirəcək.

ADY, həmçinin rəqəmsallaşma strategiyasına uyğun olaraq, kağız sənəd dövriyyəsinin azaldılması, kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının alınması məqsədilə xidmətlərin rəqəmsallaşdırılması istiqamətində yeni layihələr həyata keçirməyə davam edəcək. Bura bilet satışından tutmuş yük daşımalarının izlənməsinə, təhlükəsizlik sistemlərindən real vaxtda məlumat mübadiləsinə qədər bir çox proses daxildir.

Bu baxımdan rəqəmsallaşma ADY-nin yalnız texnoloji yenilənməsinə deyil, eyni zamanda, biznes modelinin transformasiyasına, müştəriyönümlü yanaşmanın formalaşmasına və qlobal dəmir yolu şəbəkələri ilə inteqrasiyanın sürətlənməsinə mühüm töhfə verir. Bu proses dəmir yolunun rəqabət qabiliyyətini artırmaqla yanaşı, ölkənin nəqliyyat-logistika potensialının da güclənməsinə zəmin yaradır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Azərbaycan Dəmir Yolları” elektron xidmət portalını istifadəyə verib

“Azərbaycan Dəmir Yolları” elektron xidmət portalını istifadəyə verib

11-04-2025
ADY: Rəqəmsallaşma sərnişin təcrübəsini dəyişdirir

ADY: Rəqəmsallaşma sərnişin təcrübəsini dəyişdirir

05-12-2025
ADY mobil tədbiqini yükləyənlərin sayı 400 mini ötüb

ADY mobil tədbiqini yükləyənlərin sayı 400 mini ötüb

03-04-2026
ADY-nin rəqəmsallaşdırılması istiqamətində irəliləyişə nail olunub

ADY-nin rəqəmsallaşdırılması istiqamətində irəliləyişə nail olunub

03-06-2025
Fövqəladə Hallar Nazirliyinin elektron xidmətlər portalı yenilənib

Fövqəladə Hallar Nazirliyinin elektron xidmətlər portalı yenilənib

11-03-2025
ADY ilk dəfə elektron imza ilə rəsmiləşdirilmiş qaimə əsasında yük göndərib

ADY ilk dəfə elektron imza ilə rəsmiləşdirilmiş qaimə əsasında yük göndərib

07-01-2025
"Azərbaycan Dəmir Yolları" mobil tətbiqini istifadəyə verib

"Azərbaycan Dəmir Yolları" mobil tətbiqini istifadəyə verib

20-10-2023
ADY "SİMA Pay" – üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlayıb

ADY "SİMA Pay" – üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlayıb

15-05-2026
ADY: Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür

ADY: Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür

24-02-2026
“digital.login” yeni inteqrasiya sayəsində daha da təkmilləşdirilib

“digital.login” yeni inteqrasiya sayəsində daha da təkmilləşdirilib

24-06-2025
ADY yüklərin izlənilməsi üçün yeni platforma istifadəyə verib

ADY yüklərin izlənilməsi üçün yeni platforma istifadəyə verib

13-03-2026
“digital.login”də şəxsiyyətini “SİMA KYC” ilə təsdiqlə

“digital.login”də şəxsiyyətini “SİMA KYC” ilə təsdiqlə

13-06-2025
ADY İT akademiyası yaradacaq

ADY İT akademiyası yaradacaq

03-02-2025
Asiya İnkişaf Bankı  dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana kredit ayırıb

Asiya İnkişaf Bankı dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana kredit ayırıb

01-10-2024
“Asan Login” üzərindən göstərilən dövlət xidmətləri SİMA ilə daha əlçatan oldu   

“Asan Login” üzərindən göstərilən dövlət xidmətləri SİMA ilə daha əlçatan oldu  

16-05-2022
ADY yenilənmiş korporativ veb-saytını təqdim edib

ADY yenilənmiş korporativ veb-saytını təqdim edib

06-11-2024
ADY ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi sertifikatını əldə edib

ADY ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi sertifikatını əldə edib

14-12-2024
 “Uyğunluq sertifikatının verilməsi” xidməti rəqəmsallaşdırıldı

“Uyğunluq sertifikatının verilməsi” xidməti rəqəmsallaşdırıldı

28-12-2022
"ADY" süni intellektin tətbiqinə hazırlaşır

"ADY" süni intellektin tətbiqinə hazırlaşır

03-06-2025
“SİMA İmza” və “Baku Electronics”dən yenilik

“SİMA İmza” və “Baku Electronics”dən yenilik

27-02-2026
“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

28-10-2025
SİMA rəqəmsal imza Birbank-da!

SİMA rəqəmsal imza Birbank-da!

26-05-2026
Sosial mediada ADY adından saxta səhifələr açılır

Sosial mediada ADY adından saxta səhifələr açılır

02-11-2024
Orta Dəhlizdə rəqəmsallaşmanın inkişafına dair protokol imzalanıb

Orta Dəhlizdə rəqəmsallaşmanın inkişafına dair protokol imzalanıb

10-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə