Previous Next
Bağla

Afrika İttifaqı ilə enerji sektorunda əməkdaşlıq müzakirə olunub

25-07-2018 14:43
Afrika İttifaqı ilə enerji sektorunda əməkdaşlıq müzakirə olunub

Energetika Nazirliyində nazir Pərviz Şahbazovla Afrika İttifaqı Komissiyasının infrastruktur, enerji, İKT və turizm üzrə komissarı xanım Amani Abu-Zeydin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Xeberler.az məlumat verir ki, təmsil etdiyi qurumun enerji sahəsində prioritetlərini açıqlayan komissar Afrika İttifaqı ölkələrində sənayeləşmənin inkişafında enerji ilə tam əhatə olunmanın vacibliyini qeyd edib. Bu məqsədlə Amani Abu-Zeyd Azərbaycanın enerji sektorunun bütün istiqamətləri üzrə əldə etdiyi təcrübə və əməkdaşlıq perspektivləri ilə maraqlanıb.

Belə ki, P. Şahbazov Azərbaycanın neft-qaz ölkəsi kimi keçdiyi yola diqqət yönəldərək, enerji sektorunun ölkə iqtisadiyyatının inkişafına verdiyi töhfələrdən danışıb. Beynəlxalq neft-qaz şirkətləri ilə Əsrin müqaviləsi-nin imzalanması ilə başlayan əməkdaşlığın karbohidrogen resurslarının işlənməsi və qərb bazarlarına çıxarılması, qlobal enerji layihələrinin həyata keçirilməsindərolundan bəhs edilib. Elektrik enerjisi sektorunda aparılan islahatlar, bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində planlaşdırılan tədbirlər, eləcə də ölkənin qazlaşdırılması və elektrik enerjisi ilə təchizatı ilə bağlı məlumatlar qonağın diqqətinə çatdırılıb. Gürcüstan, Türkiyə kimi ölkələrdə həyata keçirilən layihələr, qoyulan sərmayələr, eləcə də Balkan ölkələrinin qazlaşdırılması çərçivəsində nəzərdə tutulan tədbirlər barədə də məlumat verən nazir Azərbaycanın enerji sahəsində təcrübəsini Afrika İttifaqı ölkələri ilə bölüşməyə hazır olduğunu bildirib.

Həmçinin görüşdə, Afrikanın enerji tələbatının ödənilməsi üçün görülməli olan tədbirlər, xüsusilə də enerji resurslarına çıxış üçün regionda sülh, siyasi və iqtisadi sabitliyin təmin edilməsinin vacibliyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Amani Abu-Zeyd “Azərkosmos” ASC-yə səfər edib

24-07-2018

“ExxonMobil” şirkətinin vitse-prezidenti Energetika naziri ilə görüşüb

19-03-2025

Azərbaycan və Tunis "yaşıl enerji" ilə bağlı əməkdaşlığı müzakirə edib

17-01-2023

Yaponiya şirkəti ilə hibrid elektrik enerjisinin istehsalı sahəsində sənəd imzalanıb

24-06-2023

Azərbaycan İtaliya ilə bərpa olunan enerji sahəsində əməkdaşlığı müzakirə edib

03-02-2023

Azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı təsdiqlənib

22-06-2022

“Masdar” şirkəti ilə yaşıl enerji layihələri üzrə müqavilələr imzalanıb

04-06-2024

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanıb

18-07-2022

Azərbaycanda yeni istifadəyə veriləcək külək və günəş enerjisi istehsalının həcmi açıqlanıb

01-06-2023

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq

23-10-2025

“Gələcəkdə adi vətəndaş da elektrik enerjisi istehsal edib dövlətə sata biləcək”

03-04-2021

“Yaşıl dəhliz” layihəsi təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyətə malikdir”

05-04-2023

Avropa və Türkiyə şirkətləri Azərbaycanda bərpaolunan enerji ilə maraqlanır

16-11-2023

Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılması qəbul edilib

31-10-2025

“Azərbaycan “yaşıl” enerji ölkəsinə çevrilməsini qarşısına hədəf qoyub”

26-05-2023

SOCAR və İDB rəqəmsallaşma sahəsində əməkdaşlığı nəzərdən keçirir

02-03-2023

"Bərpa olunan enerji mənbələrinə keçid 30-40 il vaxt aparacaq"

15-02-2023

Azərbaycan bu ölkələrlə “yaşıl enerji” üzrə saziş imzalayıb

17-12-2022

İlham Əliyev: “Azərbaycanı bərpa olunan enerji istehsalçısı və ixracatçısına çevirməyə çalışırıq”

25-04-2023

Bərpa olunan energetika ilə bağlı beynəlxalq konfrans keçiriləcək

12-07-2016

Avropa Komissiyası təmiz enerjiyə keçid səylərində Azərbaycanı dəstəkləməyə davam edəcək

02-02-2023

Telefonlar ocaqdan enerji toplayacaq

27-06-2011

Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyası tikiləcək

05-06-2023

Ağıllı qaz sayğacları iyulun 1-dən istifadəyə veriləcək

28-05-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə