Previous Next
Bağla

AİF .az domeninin qeydiyyat məsələsini yenidən gündəmə çıxardı

08-04-2010 14:00
AİF .az  domeninin qeydiyyat məsələsini yenidən gündəmə çıxardı

.az  domeninin qeydiyyat prosesinin legitimləşməsi ilə bağlı RİTN tərəfindən heç bir konstruktiv addımlar atılmır.

Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib.Toplantıda Azərbaycan İnternetinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, Milli İnternet Müsabiqəsinin Əsasnaməsinin təkmilləşdirilməsi , .az  domeninin qeydiyyatının legitimləşdirilməsi ilə  bağlı məsələlər müzakirə olunub.

AİF tərəfindən İnternetin keyfiyyəti ilə  bağlı aparılan Monitorinqin nəticələri acıqlanıb. Toplantıda son illərdə internetin qiymətinin xeyli dərəcədə endirilməsi bir daha müsbət  hal  kimi dəyərləndirilib və bunun nəticəsində genişzolaqlı istifadəçilərin sayının xeyli artdığı bildirilib. Bununla  belə Azərbaycan internetinin keyfiyyət probleminin son dövrlərdə kəskin dərəcədə pisləşdiyi bildirilib. 

Müvafiq  qurumlar tərəfindən bu istiqamətdə yetərli və təsirli tədbirlərin görülmədiyi  qeyd edilib. Müzakirələrin yekunu olaraq keyfiyyət probleminin aradan qaldırılması üçün səmərəli Təkliflər  hazırlanıb və müvafiq  qurumlara təqdim edilməsi nəzərdə tutulub.

Təkliflər içərisində ölkənin əsas internet təchizatçısı olan Delta Telekom şirkəti tərəfindən hər bir 2-ci səviyyəli provayderə satılan İnternetin həcmi ilə  bağlı rəqəmlərin, RİTN tərəfindən Provayderlərin genişzolaqlı müştəriləri haqqında məlumatların açıqlanmasının vacibliyi, 2-ci səviyyəli Provayderlər üzərində müvafiq  qurumların nəzarətinin və ictimai nəzarətin gücləndirilməzinin zəruriliyi qeyd edilib. Eyni zamanda son dövrlərdə ölkə İnternetinin istifadə etdiyi telekommunikasiya infrastrukturunun, kabel şəbəkəsinin mövcud standartlara cavab verməməsi və keyfiyyətsizliyi ucbatından sürətli internet trafikin ötürülməsində də ciddi problemlərin yarandığı qeyd olunub.

AİF- in toplantısında Milli İnternet Müsabiqəsinin ( Milli Net_2010 ) Əsasnaməsinin təkmilləşdirilməsi istiqamətində müzakirələr  aparılıb. Əsasnaməyə qəbul edilən əlavə və dəyişikliklər  əsasən Müsabiqənin daha şəffaf, ədalətli və peşəkar keçirilməsinə yönəlib. 

AİF- in toplantısında .az  domeninin qeydiyyat prosesinin qanunvericiliyə və beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində görülən işlər müzakirə edilib. Edilən müraciətlərə  baxmayaraq bu istiqamətdə RİTN tərəfindən heç bir konstruktiv addımların atılmadığı təəssüflə  qeyd  edilib. .az  domeninin qeydiyyatı ilə  bağlı   problemlərin aradan qaldırılması, qanunvericilikdə nəzərdə tutulduğu qaydada internet ictimaiyyətinin maraqlarına  cavab verən tənzimləmə mexanizminin yaradılması istiqamətində görülən işlərin davam etdirilməsi vacib hesab edildi.

Problemlə bağlı RİTN  qarşısında piket keçirilməsi ətrafında, problemin məhkəmə perspektivi ətrafında  müzakirələr  aparıldı.  .az domeninin  qeydiyyatının tənzimlənməsinə aid  qanunvericilikdə nəzərdə tutulan müddəaların şərh edilməsi üçün müvafiq qurumlara müraciət  edilməsi nəzərdə tutuldu.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan İnternet Forumunun toplantısı keçirilib

20-11-2008

Milli İnternet ünvanların legitimləşdirilməsi ilə bağlı məsələ müzakirə ediləcək

03-02-2010

Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib.

17-10-2011

Milli internet ünvanların qeydiyyatı məsələləri müzakirə olundu

05-02-2010

AİF rəhbəri Milli İnternet ünvanların qeydiyyatının tənzimlənməsi məsələsi ilə bağlı Əli Abbasova məktub ünvanlayıb

18-02-2010

RİTN-nin məhkəməyə verilməsi məsələsi AİF-in gündəmindədir

02-06-2010

Milli domenlərin qeydiyyatı sahəsində dözülməz vəziyyət hələ də qalmaqdadır

20-09-2012

AİF “Eurovision 2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsinə Təkliflər göndərib

11-07-2011

AIF Bakı şəhərində keçirilməsi nəzərdə tutulan beynəlxalq İnternet İdarəçiliyi Forumunun (IGF) 7-ci toplantısı ilə bağlı məsələ müzakirə edib

17-07-2012

Azərbaycan İnternet Forumunun (AİF) növbəti toplantısı keçirilib

02-07-2009

Azərbaycan İnternet Forumunun toplantısı keçirilib

15-05-2009

Milli Net Təşkilat Komitəsi Milli Net -2009-un yekunlarını müzakirə etdi

24-12-2009

Azərbaycan İnternet Forumunun məlumatı

19-12-2008

Milli Net 2011-in yekunları müzakirə edildi

28-12-2011

AİF ölkədə internetin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir

14-04-2010

AİF Azərbaycan İnternetinin “Eurovision–2012” mahnı müsabiqəsinə hazırlığını müzakirə edəcək.

23-06-2011

AİF üzvləri ICANN rəhbərliyi ilə görüşüb

08-11-2012

Beynəlxalq İnternet İdarəçiliyi Forumunun toplantısı ilə bağlı AİF Müraciət qəbul edib

20-07-2012

Milli Net 2010 Müsabiqəsinin yekunu ilə bağlı Təqdimat mərasimi dekabrın əvvəli olacaq

09-10-2010

Azərbaycanda və qonşu ölkələrdə müxtəlif bağlantılar vasitəsilə göstərilən İnternet xidmətlərinin qiymətləri araşdırılıb

29-01-2014

Milli internet ünvanların qeydiyyatının dövlət qurumunun nəzarətinə keçməsi yerli və beynəlxalq normalara ziddir

30-01-2009

Milli Net Müsabiqənin keçirilmə Qaydalarında dəyişikliklər qəbul edilib

02-06-2010

Milli Net - in Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib

12-10-2009

AIF İnternetin keyfiyyətinin yaxşılaşdırılması və qiymətlərin endirilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə Təkliflər təqdim edib.

26-04-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə