Previous Next
Bağla

Milli Net - in Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib

12-10-2009 10:32
Milli Net - in Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib

Milli Net - Milli İnternet Mükafatı Müsabiqəsinin Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib.Toplantıda  Qeydiyyat prosesinin gedişi ilə  bağlı müzakirələr aparılıb. Müsabiqənin gedişində aktivliyin  artırılması istiqamətində tədbirlərin keçirilməsi məqsədəuyğun hesab edilib. Bu istiqamətdə  reklam işlərinin təşkili,  fərdi qaydada müraciətlərin edilməsi, yaxın vaxtlarda Milli kontentlə  bağlı Dəyirmi Masanın keçirilməsi və s. bir sıra digər maarifləndirici tədbirlərin keçirilməsi vacib hesab olunub

Müzakirələrdə istifadəçilər  tərəfindən Təşkilat Komitəsinə ünvanlanan müraciətlər, şikayətlər və təkliflərlə  bağlı məlumat dinlənilib.

Yenidən edilən müraciətlər əsasında bir  sıra hallarda qeydiyyatdan keçən saytların Nominasiyalarında  dəyişikliklər  aparıldığı bildirilib. Həmçinin daha uğurlu Nominasiya  seçimi ilə  bağlı Qeydiyyatdan keçən sayt sahiblərinə TK tərəfindən  müraciətlərin edilməsi məqsədəmüvafiq hesab olunub.
Xeyli sayda saytların qeydiyyatdan keçiməməsinin səbəbimin də Milli Net –in kodunun saytda yerləşdirilməməsi olduğu qeyd edilib. Bu  qurumlara müvafiq kodun yerləşdirilməsi ilə  bağlı  bir  daha müraciət edilməsi qərara alınıb.

Müsabiqə Komissiyası üzvləri ilə görüşün növbəti həftədə keçirilməsi qərara alınıb.

Təşkilat Komitəsi tərəfindən müəyyən olunan xüsusi nominasiya ilə  bağlı müzakirə aparılıb. Bu nominasiya üzrə  qeydiyyatın aparılmadığı diqqətə çatdırılıb. Bu cür nominasiyalar üzrə mükafatların isə xüsusi ekspertlər və uyğun sahə üzrə qurumların rəyi əsasında Təşkilat Komitəsinin qərarı ilə həyata keçiriləcəyi haqqında məlumat verilib.

Müzakirələrdə  bir  daha müxtəlif mərhələlərdə keçiriləcək səsvermənin prinsipləri və detalları ətrafında  müzakirələr  aparılıb və ümumi rəy əldə olunub. Hər  bir  qiymətləndirmə istiqaməti ( dizayn, funksionallıq və kontent) üzrə zəruri kriteriyaların açıqlamasının hazırlanması və Münsiflər Komissiyasına  təqdim edilməsi məqsədəuyğun hesab edilib.

Müzakirələrdə Müsabiqənin daha uğurlu keçirilməsi ilə  bağlı  digər məsələlər ətrafında da müzakirələr aparılıb.

Məlumat üçün bildirək ki,Milli Net Azərbaycan İnternet Forumu tərəfindən ölkədə internet sektorunun inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızın  təbliğini aparmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirmək məqsədilə təsis olunan Milli İnternet mükafatıdır.

01 oktyabr 2009-cu il tarixindən başlayaraq müsabiqədə qeydiyyat start götürüb.  Qeydiyyat prosesi  noyabrın sonunda yekunlaşacaq.  İddiaçılar 2 ay müddətində www.millinet.az saytında qeydiyyatdan keçə bilərlər. Cari ilin sonunda müsabiqənin yekunlaşdırılması və qaliblərin mükafatlandırılması məqsədilə təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Milli Net - Milli İnternet Mükafatı Müsabiqəsinə qeydiyyat prosesi davam edir

08-10-2009

Milli Net 2010 Müsabiqəsinin yekunu ilə bağlı Təqdimat mərasimi dekabrın əvvəli olacaq

09-10-2010

Milli Net - in Təşkilat Komitəsinin Müsabiqə Komissiyası ilə birgə toplantısı keçirilib

17-10-2009

Milli Net Təşkilat Komitəsi Milli Net -2009-un yekunlarını müzakirə etdi

24-12-2009

“Milli Net-2009” müsabiqəsinin qeydiyyat prosesi başa çatıb

01-12-2009

Elektron Təhsil Müsabiqəsinin qaliblərinin Təqdimat mərasimi keçiriləcək

19-06-2010

Milli Net-Milli İnternet Mükafatı Müsabiqəsinə start verildi

30-09-2009

Milli net - Milli internet mükafatının ilkin nəticələri açıqlanıb

04-12-2009

Milli İnternet Mükafatının ilkin mərhələsinin yekunlarına dair mətbuat konfransı

03-12-2009

Milli Net Müsabiqənin keçirilmə Qaydalarında dəyişikliklər qəbul edilib

02-06-2010

Azərbaycan İnternet Forumunun (AİF) növbəti toplantısı keçirilib

02-07-2009

Bu gün Milli Net-Milli İnternet Mükafatının qalibləri müəyyən olacaq!

18-12-2009

Milli İnternet Mükafatının qeydiyyat prosesi yekunlaşmaq üzrədir

24-11-2009

Milli Net 2010-da ilkin səsvermə 10 Noyabr tarixdə başlayacaq

06-11-2010

Milli Net Müsabiqəsində qeydiyyatın başa çatmasına üç gün qalıb

20-11-2013

Milli İnternet Mükafatının Nominantları seçilib

01-12-2012

Milli Net 2010-da 1-ci səsvermənin müddəti 2 gün uzadılıb.

20-11-2010

Milli StartUpların qeydiyyatına başlanıb

27-03-2013

Sabah Milli Net -2010-un qalibləri bilinəcək

03-12-2010

Milli Net-in Təşkilat Komitəsinin müsabiqə komissiyası üzvləri ilə birgə toplantısı keçirilib

13-11-2010

Milli Net Təşkilat Komitəsinin toplantısı keçirilib

25-07-2012

Milli Net -2009 Müsabiqəsinin qaliblərinin Təqdimat mərasimi keçiriləcək

12-12-2009

“Milli Net” İnternet mükafatının 2-ci səsvermə prosesi başa çatdı.

20-12-2013

Milli Net-Milli İnternet Mükafatı Müsabiqəsinə start verilir

29-09-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə