Previous Next
Bağla

Azərbaycan İnternet Forumunun toplantısı keçirilib

15-05-2009 16:45
Azərbaycan İnternet Forumunun toplantısı keçirilib

Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib.Toplantıda 17 May- Ümumdünya İnformasiya Cəmiyyəti  günü ərəfəsində  ölkədə İnformasiya Cəmiyyətinin formalaşması sahəsində mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

AİF- in toplantısında  Milli Telekommunikasiya Şurasının (MTŞ) yaradılması ilə  bağlı ölkə rəhbərliyinə təqdim olunacaq Müraciət müzakirə edilib. Müraciətlə  bağlı müzakirələrdə son dövrlərdə ölkədə İKT –nin inkişafı sahəsində  bir  sıra irəliləyişlər əldə olunsa da  ciddi uğurların  qarşısını alan amillərin mövcud olduğu  qeyd edilib.

İKT sahəsində dövlət idarəetməsinin, tənzimləmənin və kommersiya səlahiyyətlərinin RİTN –nin əlində cəmləşməsinin hazırda ciddi problemlər yaratdığı, inkişafın  qarşısını alan ciddi amilə  çevrildiyi qeyd edilib.  Beynəlxalq Telekommunikasiya İttifaqına daxil olan ölkələrin əksərində artıq  indiki  RİTN formasında qurumların olmadığı, tənzimləmə səlahiyyətlərinin fərqli bir qurumda olduğu  vurğulanıb. 

Toplantıda qəbul edilən Müraciətdə beynəlxalq təcrübəyə əsaslanaraq RİTN-nin ləğv edilməsi və onun əsasında  müstəqil dövlət tənzimləyicisi olan MTŞ-in və dövlət idarəetməsini həyata keçirən qurumun yaradılması təklifi irəli sürülüb. Müraciətdə MTŞ –in üzvlərinin Prezident  tərəfindən irəli  sürülməsi və Milli Məclis tərəfindən təsdiq edilməsi, müstəqil olması nəzərdə tutulur. Tənzimləmə ilə  bağlı bütün funksiyaların (lisenziyaların verilməsi, tezliklərin ayrılması, nömrə resursunun bölüşdürülməsi, telekommunikasiya bazarında sağlam rəqabətin təmin edilməsi, operatorların öz aralarında və onların istifadəçilərlə münasibətlərin tənzimlənməsi və digər məqamlar) yaradılması təklif olunan quruma verilməsi nəzərdə tutulub.

Toplantıda, həmçinin, ölkədə Provayderlərin istifadə etdikləri İP ünvanların qeydiyyatı ilə  bağlı  məsələ də müzakirə edilib. Müzakirələrdə Milli provayderlər  tərəfindən istifadə olunan İP ünvanların bir  sıra hallarda  yanlış məlumatlarla qeydiyyata alındığı vurğulanıb. Bunun
isə internet statistika və internet marketinq ucun  problemlər və çətinliklər yaradığı vurğulanıb. Xüsusilə də İP-lər üzrə regionların müəyyən edilməsi və yaxud provayderin İP üzrə təyin olunmasında problemlərin yaşandığı bildirilib. Bununla  bağlı Provayderlərə və RİTN-ə müraciət  edilməsi məqsədəuyğun hesab olundu.

Keçirilən toplantıda İnternetinin keyfiyyəti və qiymətlərlə bağlı AİF tərəfindən aparılan Monitorinqin nəticələri haqqında məlumat da dinlənilib.

Son aylarda İnternet qiymətlərində edilən endirimlərin bu bazarda ciddi dəyişiklər  yaratmadığı, internetinin keyfiyyətinin hədsiz dərəcədə pisləşdiyi, qonşu ölkələrlə müqayisədə qiymətlərin hələ də kifayət qədər baha olduğu, yeni texnologiyalar  vasitəsilə internet xidmətlərinin təqdim edilməsinin ləng getdiyi  vurğulanıb. Toplantıda birgə Monitorinqlərin aparılması ilə  bağlı RİTN- ə edilən müraciətlərin də indiyədək cavabsız  qaldığı  qeyd edilib.

Qeyd edək ki, toplantıda,həmçinin, AİF-ə yeni üzvlər qəbul olunub və bir sıra cari məsələlər də müzakirə edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan İnternet Forumunun  toplantısı keçirilib

Azərbaycan İnternet Forumunun toplantısı keçirilib

20-11-2008
Azərbaycan İnternet Forumu Azərbaycan Respublikası Prezidentinə Müraciət etdi

Azərbaycan İnternet Forumu Azərbaycan Respublikası Prezidentinə Müraciət etdi

22-05-2009
RİTN-nin məhkəməyə verilməsi məsələsi AİF-in gündəmindədir

RİTN-nin məhkəməyə verilməsi məsələsi AİF-in gündəmindədir

02-06-2010
Milli internet ünvanların qeydiyyatı məsələləri müzakirə olundu

Milli internet ünvanların qeydiyyatı məsələləri müzakirə olundu

05-02-2010
Milli İnternet ünvanların legitimləşdirilməsi ilə  bağlı məsələ müzakirə ediləcək

Milli İnternet ünvanların legitimləşdirilməsi ilə bağlı məsələ müzakirə ediləcək

03-02-2010
AİF rəhbəri Milli İnternet ünvanların qeydiyyatının tənzimlənməsi məsələsi ilə bağlı Əli Abbasova  məktub ünvanlayıb

AİF rəhbəri Milli İnternet ünvanların qeydiyyatının tənzimlənməsi məsələsi ilə bağlı Əli Abbasova məktub ünvanlayıb

18-02-2010
AİF .az  domeninin qeydiyyat məsələsini yenidən gündəmə çıxardı

AİF .az domeninin qeydiyyat məsələsini yenidən gündəmə çıxardı

08-04-2010
Azərbaycan İnternet Forumunun (AİF) növbəti toplantısı keçirilib

Azərbaycan İnternet Forumunun (AİF) növbəti toplantısı keçirilib

02-07-2009
Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib.

Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib.

17-10-2011
AIF Bakı şəhərində keçirilməsi nəzərdə tutulan  beynəlxalq   İnternet İdarəçiliyi Forumunun (IGF) 7-ci toplantısı ilə bağlı məsələ müzakirə edib

AIF Bakı şəhərində keçirilməsi nəzərdə tutulan beynəlxalq İnternet İdarəçiliyi Forumunun (IGF) 7-ci toplantısı ilə bağlı məsələ müzakirə edib

17-07-2012
Azərbaycan İnternet Forumunun məlumatı

Azərbaycan İnternet Forumunun məlumatı

19-12-2008
Milli Net 2011-in yekunları müzakirə edildi

Milli Net 2011-in yekunları müzakirə edildi

28-12-2011
AİF ölkədə internetin  keyfiyyətinin yaxşılaşdırılması istiqamətində  tədbirləri  davam  etdirir

AİF ölkədə internetin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir

14-04-2010
AİF  Kosmik Məsələlər üzrə Şuranın sədri ,  akademik Arif Paşayevə müraciət edib

AİF Kosmik Məsələlər üzrə Şuranın sədri , akademik Arif Paşayevə müraciət edib

02-04-2012
Azərbaycanda və qonşu ölkələrdə müxtəlif bağlantılar vasitəsilə göstərilən  İnternet xidmətlərinin qiymətləri araşdırılıb

Azərbaycanda və qonşu ölkələrdə müxtəlif bağlantılar vasitəsilə göstərilən İnternet xidmətlərinin qiymətləri araşdırılıb

29-01-2014
Milli domenlərin qeydiyyatı sahəsində dözülməz vəziyyət hələ də qalmaqdadır

Milli domenlərin qeydiyyatı sahəsində dözülməz vəziyyət hələ də qalmaqdadır

20-09-2012
Milli Net Təşkilat Komitəsi Milli Net -2009-un yekunlarını müzakirə etdi

Milli Net Təşkilat Komitəsi Milli Net -2009-un yekunlarını müzakirə etdi

24-12-2009
Milli Net 2010 Müsabiqəsinin yekunu ilə bağlı Təqdimat mərasimi dekabrın əvvəli olacaq

Milli Net 2010 Müsabiqəsinin yekunu ilə bağlı Təqdimat mərasimi dekabrın əvvəli olacaq

09-10-2010
Azərbaycan İnternet Forumunun açıqlaması

Azərbaycan İnternet Forumunun açıqlaması

06-02-2009
İnternetin mövcud vəziyyəti ilə bağlı tədbir keçirilib

İnternetin mövcud vəziyyəti ilə bağlı tədbir keçirilib

24-02-2009
AİF Azərbaycanda internetin hazırkı durumu ilə əlaqədar açıqlama yayıb

AİF Azərbaycanda internetin hazırkı durumu ilə əlaqədar açıqlama yayıb

06-03-2009
Milli Net - in Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib

Milli Net - in Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib

12-10-2009
AİF RİTN-nin funksiyalarının məhdudlaşdırılmasını istəyir!!!

AİF RİTN-nin funksiyalarının məhdudlaşdırılmasını istəyir!!!

17-03-2009
AİF internet qimətlərinin endiriləməsi ilə bağlı apardığı monitorinqin ilkin nəticələrini açıqlayıb

AİF internet qimətlərinin endiriləməsi ilə bağlı apardığı monitorinqin ilkin nəticələrini açıqlayıb

24-02-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə