Previous Next
Bağla

Milli internet ünvanların qeydiyyatının dövlət qurumunun nəzarətinə keçməsi yerli və beynəlxalq normalara ziddir

30-01-2009 14:19
Milli internet ünvanların  qeydiyyatının dövlət  qurumunun nəzarətinə keçməsi yerli və beynəlxalq  normalara ziddir

Milli internet ünvanların - .az domeninin qeydiyyatı sahəsində  mövcud  vəziyyətlə bağlı Xeberler.az –ın Azərbaycan İnternet  Forumunun prezidenti Osman Gündüz ilə  müsahibəsi.

Osman müəllim, hazırda milli internet ünvanların - domenlərin qeydiyyatı prosesi  necə həyata keçirilir ,  bu proses  yerli və  beynəlxalq normala  cavab verirmi?   Hansı qurum səlahiyyətlidir az  domeninin qeydiyyatı üçün?

-Hazırda qeydiyyat prosesində inhisarçılıq mövcuddur. Şəffaflıq  yoxdur. Domen adlarının qeydiyyatından əsasız olaraq imtina halları müşahidə olunur. Hələki normal qeydiyyat Qaydalar yoxdur.
O ki qaldı hüquqi status məsələsinə, bu proses uzun müddət AzCom adlanan qurumun qeyri-qanuni olaraq səlahiyyətində olub və  qeydiyyat prosesi İnternet  ictimaiyyətin ciddi qınaqları ilə  üzləşib. AİF tərəfindən bu prosesin legitimləşdirilməsi istiqamətində ciddi addımlar atılıb. Bir  neçə dəfə  müəyyən dövlət və özəl qurumlar tərəfindən qeyri-qanuni olaraq legitimləşmə prosesi aparmaq istəyərkən AİF İnternet ictimaiyyətin dəstəyi ilə , bu sahədə əsas qurum olan İCANN –nin köməkliyi ilə onun qarşısını almışdı. Eyni zamanda indiki nazir  yeni fəaliyyətə başlayan an da  .az  domeninin tamamilə beynəlxalq normalara uyğun olaraq  qeydiyyat prosedurasının qurulması haqqında göstərişlər  vermişdi. Lakin təəssüf ki, RİTN-nin və digər əlaqədar  qurumların iştirakı ilə aparılan legitimləşmə prosesi birdən-birə yarımçıq saxlanıldı.

Hətta Azərbaycan İnternet Qeydiyyat Qurumunun yaradılması ilə  bağlı indiki nazirin xeyir duası ilə mətbuat Konfransı keçirildi və ictimaiyyətə  bu haqda məlumat verildi. Lakin bir  daha təkrar edirəm təxminən il yarım – 2 il  bundan öncə bu prosesə müəmmalı şəkildə son qoyuldu.

Milli internet ünvanların - domen adlarının qeydiyyatının tənzimlənməsi ilə   bağlı durum indi nə yerdədir.? Mətbuatda  RİTN tərəfindən  artıq  domenlərin qeydiyyatı qaydalarının hazırlandığı  və müzakirəyə təqdim edildiyi bildirilib.

- Təəssüf ki, uzun müddət, az  qala 10 illərlə davam edən .az domeninin normal qeydiyyat prosedurasının yaradılması sahəsində vəziyyət acınacaqlı olaraq qalmaqdadır. Təsəvvür edin ki, bu müddət ərzində artıq  bir  nazir və bir dövlət komissiyası sədri, bir  neçə şirkət rəhbəri  bu domen qeydiyyatı qalmaqalının əzablarını “yaşayıb” və uğursuzluğa  düçar olub.
Müşahidələrimiz göstərir ki,  yenə həmin koordinat –həmin dalğadır. Yenə də az domeninin qeydiyyatının dövlət qurumunun –konkret RİTN-nin nəzarəti altına alınmasına edilən cəhdlərin şahidi oluruq

Osman müəllim, axı burada nə  var ki, az  domeninin  qeydiyyatı nəyi həll edir ki, onun legitimləşdirilməsi bu qədər uzanıb. Normal bir qayda-qanun yaratmaq mümkün olmayıb. Qeydiyyat prosesi, tənzimləyici qurum  necə qurulmalıdır ?

-Hazırda az domeninin  qeydiyyatının RİTN tərəfindən  formal olaraq yaradılan Koordinasiya Şurasının nəzarəti altına keçməsi istiqamətində addımlar müşahidə olunur. Ölkələrin böyük əksəriyyətində isə bu proses qeyri-hökumət qurumları tərəfindən həyata keçirilir və qeyri-kommersiya  xarakteri daşıyır.
Domen  adlarının qeydiyyatının dövlət  qurumunun nəzarəti altına  keçməsi yerli və beynəlxalq  qanunvericiliyə ziddir.
Elə  situasiyalar yarana bilər ki, domenlərin qeydiyyatından imtina oluna  və ya fəaliyyətdə olan  domenlərin  fəaliyyəti  müəyyən səbəblərdən, qeyri-qanuni  əsaslarla dayandırıla  bilər. Bu birbaşa insan hüquq  və azadlıqlarının qorunması ilə  bağlı beynəlxalq  və yerli normaların tələblərinin pozulması olardı
Problem ondadır ki, az domenindən istifadə edərək  milli internet  resursların fəaliyyətinə müdaxilə imkanları əldə edən icra strukturu dolayısı ilə  bütövlükdə milli internet məkanına  dövlət tərəfindən nəzarəti ələ keçirmiş olar.

RİTN-nin təklif etdiyi Qaydalar Layihəsində nə nəzərdə tutulub? Ümumiyyətlə yerli qanunvericilikdə  bu məsələlər  necə tənzimlənir?

- Telekommunikasiya haqqında Qanuna  görə domenlərin  qeydiyyatı və istifadəsi qaydaları beynəlxalq normalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı və aidiyyəti qurumların birgə iştirakı ilə tənzimlənir . Diqqət yetirin , məhz  birgə iştirakı ilə qeyd olunub. Yəni burada tərəflər bərabər əsaslarla çıxış edir. Lakin təəssüf ki, son dövrlərdə biz tam əks prosesləri müşahidə edirik. İlk öncə artıq bizə məlum olub ki, Nazirlik tərəfindən qeyri-qanuni olaraq  İntrans  şirkətinə hüquqi status verilməsi ilə bağlı İCANN –a təqdim etmək üçün məktub verilib. Bunun da əsasında bu şirkət artıq əvvəllər olduğu kimi Qeydiyyatla  bağlı texniki deyil, həmdə administrtor  funksiyasını daşıyır , təbii ki, qeyri-qanuni olaraq.
 
Nə üçün qeyri–qanuni?

- Ona  görə ki, bir qədər öncə qeyd etdiyim ki yerli qanunvericilik Qeydiyyat qaydalarının, müvafiq qurumun formalaşmasının, bir  sözlə bütövlükdə bu prosesin aidiyytaı qurumların  birgə iştirakı ilə gerçəkləşməsini  tələb edirdi. İndiki halda  aidiyytaı olan iki qurumun rəhbəri olaraq  deyə bilərəm ki, belə  bir məktubun verilməsi ilə  bağlı məsləhətləşmə olmayıb.

İCANN –a təqdim etmək üçün məktubu RİTN-dən İntarns şirkətinə kim verib

- Hazırda biz bu məsələni araşdırırıq. Əlbəttə, güman ki, nazir  və ya  müavinlər  səviyyəsində bu məslə həll olunub.

- Osman müəllim, indiki situasiya nə yerdədir? Bəs  siz RİTN rəhbərliyi ilə görüşlərinizdə  bu problemin həlli ilə bağlı Təkliflər təqdim etməmisinizmi?

- Əlbəttə etmişik. Özü də dəfələrlə. Nazirlə olan görüşlərimizdə  o,  birmənalı olaraq  bu prosesin yerli qanunvericiliyə və beynəlxalq normalara uyğun olaraq formalaşdırılmasının vacibliyini qeyd etmişdi. Lakin bir  daha təkrar edirəm ki, bu istiqamətdə RİTN və aidiyyatı qurumların birgə iştirakı ilə aparılan proseslərə çoxdan 2  il olar ki, son qoyulub. Tamamilə qeyri-qanuni olaraq, aidiyyatı qurumalar müəyyən edilmədən, onların iştirakı olmadan yalnız RİTN  tərəfindən bir Layihə ortaya çıxarılıb ki, o da  Telekommunikasiya haqqında  qanunun tələblərinə və beynəlxalq normala ziddir. Aidiyyatı qurum olaraq  İnternetə  dəxli olmayan qurumlar və şəxslər də bu prosesə cəlb olunub . Odur ki, biz  indiki halda  bu prosesdə iştirak etməyi məqsədəuyğun hesab etmirik. 

Təkliflərimizi cənab Nazirə təqdim etmişik. İlk öncə aidiyyatı qurumların kimliyi məsələsinə aydınlıq  gətirilməli, Qanunvericilikdə nəzərdə tutulduğu kimi bu qurumların iştirakı ilə ortaq bir Layihə hazırlanmalı və aidiyyatı qurumların iştirakı ilə qeydiyyat prosesini tənzimləyən ictimai –kollegial bir  qurum formalaşdırılmalıdır.

Bunların reallaşacağına ümid edirsinizmi?

- Heç kim təsəvvür etməzdi ki, kifayət  qədər demokratik imicə malik indiki nazirin dövründə domenlərin qeydiyyatı ilə bağlı  RİTN tərəfindən Qanunlara və İnternet ictimaiyyətin maraqlarına  bu dərəcədə  sayğısızlıq olsun. Axı hamı şahiddir ki, bir daha təkrar edirəm ki, İnternet ictimaiyyəti uzun müddətdir ki, bu prosesin normal bir məcraya yönəldilməsi istiqamətində mübarizə aparırdı. Qeyri-qanuni olaraq kiməsə hüquqi səlahiyyət əldə etməklə bağlı məktub vermək, icra strukturunun nəzarətində olan formal qurum formalaşdırmaq görəsən nəyə lazım idi. Bəlkə də mən ifrata varıram. Çünki artıq  özüm bir neçə dəfə şahidi olmuşam ki, nazir  səviyyəsində razılaşdırılan bir  sıra məsələlər  müavin səviyyəsində, sadəcə desək qəbul edilməyib.

Ümumiyyətlə son dövrlərdə RİTN –nin aparatında anlaşılmaz bir mühit  formalaşıb  desəm, yəqin ki, yanılmaram. Səlahiyyətlərin bölgüsü ilə  bağlı, vətəndaş cəmiyyəti ilə  münasibətlərin qurulması, faydalı müzakirələrlə bağlı  vəziyyət xeyli anlaşılmaz olub. Əvvəlki illərdə  dövlət-özəl –vətəndaş cəmiyyəti  subyektlərinin birgə iştirakı ilə keçirilən və xeyli faydalı olan müzakirələrdən əsər-əlamət  qalmayıb.    Son iki ildə belə müzakirə xatırlamıram. Lakin son günlərdə baş verənlər düşünməyə əsas verir ki, hələdə  ümid var. Uzun müddət ciddi bir problemə çevrilən İnternet qiymətləri  ilə apardığımız  mübarizəni  siz  bilirsiniz.

Müşahidələrimiz  göstərir ki, Nazirlikdə birdən-birə  bu sahədə ciddi dönüş yarandı. Görünür burada İnternet sahəsi ilə  bağlı qərarların icrası mexanizmlərində dəyişikliklər  baş  verib. Artıq  bildiyiniz kimi bu sahədə ciddi uğurlar əldə olunub.
Odur ki, biz ümid edirik ki, cənab nazir  fəaliyyətə başladığı  ilk dövrlərdə elan etdiyi kimi milli internet ünvanları  beynəlxalq normala və yerli qanunvericiliyə uyğun olaraq legitimləşdirilməsi istiqamətində qəti  addımlar atılacaq.

Günel
Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Milli İnternet ünvanların legitimləşdirilməsi ilə bağlı məsələ müzakirə ediləcək

03-02-2010

AİF rəhbəri Milli İnternet ünvanların qeydiyyatının tənzimlənməsi məsələsi ilə bağlı Əli Abbasova məktub ünvanlayıb

18-02-2010

Milli internet ünvanların qeydiyyatı məsələləri müzakirə olundu

05-02-2010

Milli domenlərin qeydiyyatı sahəsində dözülməz vəziyyət hələ də qalmaqdadır

20-09-2012

Azərbaycan İnternet Forumunun toplantısı keçirilib

20-11-2008

AİF .az domeninin qeydiyyat məsələsini yenidən gündəmə çıxardı

08-04-2010

Azərbaycan İnternet Forumunun məlumatı

19-12-2008

Milli domenlərin qeydiyyatı milli təhlükəsizlik məsələsidir

06-08-2012

Ambisiyalar milli domenin gələcəyini sual altında qoyur-EKSPERT

13-07-2018

Milli domenə maraq niyə azdır?

06-08-2013

Onlayn qeydiyyat sistemi yoxsa “Onlayn əzab-əziyyət sistemi”

04-09-2013

Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib.

17-10-2011

Bu gün .az milli domeninin 30 yaşı tamam olur

25-08-2023

AİF milli domenlərin qeydiyyatı ilə bağlı nazirə müraciət edib

11-06-2018

Hüquqi sənəddə adı olmayan şəxs milli təhlükəsizliklə əlaqəli sahəni necə tənzimləyə bilir?

13-08-2020

Osman Gündüz: "Milli domenin qeydiyyatında ciddi problemlər var"

11-04-2014

Milli domen qeydiyyatı üzrə 12 qurumu kim yaradıb və haradadır bu qurumlar ?

11-09-2014

Azərbaycanın milli “*.az” domeninin 20 illik yubileyinə həsr edilmiş konfrans keçiriləcək

22-08-2013

Milli domenlərin qeydiyyatında problemlər hələ də qalır

02-02-2016

RİTN-nin məhkəməyə verilməsi məsələsi AİF-in gündəmindədir

02-06-2010

Azərbaycan İnternet Forumunun toplantısı keçirilib

15-05-2009

Ekspert domen almaq qaydalarının dəyişdirilməsindən danışdı

01-03-2019

AİF Rabitə Nazirliyi qarşısında etiraz aksiyası keçirməyə hazırdır - Osman Gündüz

25-12-2008

Avrasiya İnformasiya Supermagistralından nə gözləmək olar?

19-06-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə