Azərbaycanda və qonşu ölkələrdə müxtəlif bağlantılar vasitəsilə göstərilən İnternet xidmətlərinin qiymətləri araşdırılıb

29-01-2014 / 12:36
AİF  ekspertləri tərəfindən növbəti dəfə Azərbaycanda və qonşu ölkələrdə müxtəlif bağlantılar vasitəsilə göstərilən  İnternet xidmətlərinin qiymətləri araşdırılıb.
Araşdırmalar göstərib ki, ötən illərdə uğurla reallaşan qiymət endirimindən sonra İnternetin inkişafında  xeyli irəliləyişlər  olub. Genişzolaqlı istifadəçilərin sayı, ölkəyə daxil olan və istifadə edilən İnternet trafikin həcmi xeyli artıb.
Cəmiyyətin müxtəlif sahələrində İKT-nin geniş miqyasda tətbiqi,  biznesə marağın artması  daha keyfiyyətli və sürətli İnternetə tələbatı artırıb.

Amma müşahidələr göstərir ki, hazırda ölkədə İnternetin mövcud keyfiyyəti və qiymətlər bu tələbatın yetərincə ödənilməsinə maneçilik yaradır.
AİF tərəfindən aparılan araşdırmalarda Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna və digər Avropa ölkələrində müxtəlif bağlantılar üzərindən göstərilən İnternet xidmətlərin qiymətləri öyrənilib.  Əsasən ADSL, Fiber optik və Ayrılmış xətlər üzrə İnternet bağlantılar vasitəsilə təqdim edilən xidmətlərin qiymətlərinə diqqət yetirilib.
Araşdırmaların yekunu  olaraq  İnternet xidmətlərinin qiymətlərinin ölkələr üzrə
Müqayisəli Cədvəli  hazırlanıb .

Araşdırmaların nəticəsi göstərir ki, qonşu ölkələrlə müqayisədə Azərbaycanda İnternet xidmətlərinin qiymətləri kifayət qədər yüksəkdir.  Araşdırmalar zamanı  qonşu ölkələrlə müqayisədə bizdəki qiymətlərin bir neçə dəfə,  optik xətlər üzərindən olan İnternet xidmətlərinin isə  hədsiz dərəcədə baha olduğu müəyyən olunub.
Diqqətçəkən məqam həm də ondan ibarətdir ki,  Azərbaycanda yüksək tariflər daha çox dövlət Provayderləri tərəfindən tətbiq edilir.

Araşdırmaların yekunu göstərir ki, ölkədə keyfiyyətli İnternet problemi qalmaqdadır. İnternetin keyfiyyətinin artırılması və qiymətlərin endirilməsi üçün ciddi əsaslar var və RİTN, Delta Telecom tərəfindən təsirli addımların atılması vacibdir.

AİF  ölkənin əsas İnternet təchizatçısı olan Delta Telecom şirkəti tərəfindən Provayderlərə satılan İnternetin qiymətlərinin endirilməsi imkanlarını bir daha nəzərdən keçirilməsini də vacib hesab edir.

Araşdırmaların yekunu ilə bağlı  AİF tərəfindən Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasova Müraciət göndərilib.
Müraciətdə ölkədə İnternet xidmətlərinin qiymətinin endirilməsi məsələsinə yenidən baxılması və bununla bağlı ilk növbədə dövlət Provayderlərinə ( Bakinternet, Aztelekom.Net, AzDataCom) təsir edilməsi təklif olunub. Xüsusən də  ayrılmış xətlər və optik xətlər vasitəsilə təklif olunan İnternet xidmətlərinin hədsiz baha olması diqqətə çatdırılıb.

Eyni zamanda dövlət  Provayderlərin statusunun dəyişdirilməsi, İnternet bazarında sərbəst və azad rəqabətin formalaşdırılması məqsədilə dövlət Provayderlərinin özəlləşdirilməsi məsələsinə baxılması  təklif olunub.

AİF  bildirir ki, hazırda internet  xidmətlərinin qiymətləri və keyfiyyəti ilə  bağlı Monitorinqlər  davam etdirilir.

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.