AİF Azərbaycan İnternetinin “Eurovision–2012” mahnı müsabiqəsinə hazırlığını müzakirə edəcək.

23-06-2011 / 10:50
Azərbaycan İnternet Forumu yaxın zamanda “Azərbaycan İnterneti beynəlxalq tədbirlərə hazırdırmı” mövzusunda ictimai müzakirə keçirmək niyyətindədir.
AİF- dən verilən məlumata görə tədbirdə “Eurovision–2012” mahnı müsabiqəsinin keçirilməsi üçün Azərbaycan İnternetində görülməsi vacib olan məsələlər, həmçinin tədbir ərəfəsində Azərbaycan İnternetində yarana biləcək problemlər və onların həlli yolları ətrafında müzakirələr aparılacaq.
Müsabiqənin Bakıda keçirilməsi ilə bağlı Azərbaycan İnternetinin kontent və texniki-texnoloji istiqamətləri üzrə AİF ilkin təkliflərini də hazırlayıb. Prezident tərəfindən “Eurovision–2012” mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı yaradılan Təşkilat Komitəsinə də tədbirdə yaxından iştirak edilməsi ilə bağlı müraciət göndəriləcək.
İnternet ictimaiyyəti nümayəndələri , ekspertlər və rəsmi şəxslərin iştirakı ilə keçiriləcək tədbirdə Azərbaycan İnternet infrastrukturunun “Eurovision–2012” mahnı müsabiqəsinə hazırlığı ilə bağlı konkret Təkliflərin hazırlanması və Hökumətə və Təşkilat Komitəsinə təqdim edilməsi nəzərdə tutulur

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.