Previous Next
Bağla

Milli internet resursları kütləvi ziyarət üçün hazır deyil

30-06-2011 15:20
Milli internet resursları kütləvi ziyarət üçün hazır deyil

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində AİF tərəfindən “Azərbaycan İnterneti beynəlxalq kütləvi tədbirlərə hazırdırmı?” mövzusunda  Dəyirmi Masa keçirilib.

Tədbirdə  AİF prezidenti Osman Gündüz 2012-ci ildə  “Eurovision–2012”  beynəlxalq tədbirinin Azərbaycanda  keçiriləcəyini diqqətə çatdırıb. Tədbirin məqsədinin də əsasən bununla bağlı olduğunu, “Eurovision 2012” keçirilən ərəfədə ölkə İnternetində yarana biləcək problemlər və onların həlli yolları haqqında müvafiq qurumları və ictimaiyyəti məlumatlandırmaqdan ibarət olduğu  bildirilib.

 Dəyirmi Masada AİF presidenti Osman Gündüz və İdarə Heyətinin üzvü Rüstəm Əliyev mövzu ilə bağlı təqdimat ediblər.  Təqdimatda AİF ekspertlərinin yerli və qlobal şəbəkədə bu istiqamətdə mövcud vəziyyətin təhlilindən sonra gəldiyi  nəticələr öz əksini tapıb. Xüsusilərdə adı çəkilən tədbir keçirilən ərəfədə Azərbaycan İnternetinin kontent və texniki-texnoloji vəziyyətinin mühüm əhəmiyyət kəsb edəcəyi bildirilib. Həmçinin Azərbaycan və  Bakı ilə bağlı Global (Wikipedia, Youtube və s) və milli resurslarda  informasiya ehtiyatlarının yetərli olmadığı qeyd olunub.  Turizm və informasiya yönümlü resursların yetərli olmaması, mövcud resursların zəif olması da vurğulanıb. Təqdimatda xüsusilə ölkə internetinin keyfiyyətsizliyi və Milli internet resursların kütləvi ziyarət üçün hazır olmadığı və texniki dayanıqsızlığı diqqətə çatdırılıb. Mobil internetin ələ çatımlığının ,tədbir ərəfəsində ictimai Wi-Fi şəbəkəsinin yaradılmasının  vacibliyi  qeyd olunub. Müxtəlif dillərdəki mühüm milli  informasiya resurslarına  dəstək verilməsinin vacibliyi  qeyd olunub.
Online ödəniş sistemləri və milli naviqasiya sistemlərinin tələblərə cavab vermədiyi  diqqətə çatdırılıb.

Tədbirdə iştirak edən aidiyyatı şəxslər mövzu ətrafında  çıxışlar ediblər.  AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Qabil Abbasov, RİTN –nin nümayəndəsi Kamal Məmmədov,  BTRİB –in nümayəndəsi Elman Qədirov,  İREX- in nümayəndəsi Mürsəl Əliyev, Sahil şirkətinin direktoru Vahid Qasımov, AİF üzvləri Şaiq Muradov və Rəşad Əliyev, Azerfon şirkətinin meneceri Elşad Fərzəliyev, blogger Rüfət Əhmədzadə, Xəbərlər.az in redaktoru Bəhram Həsənov və başqaları çıxış edərək müzakirə olunan məsələnin mühüm əhəmiyyət  kəsb etdiyini bildiriblər. Çıxış edənlər təkliflərə münasibətlərini açıqlayaraq bu istiqamətdə səmərəli təkliflər irəli sürüblər. Çıxışlarda bu istiqamətdə müəyyən işlərin görüldüyü qeyd edilməklə bərabər ciddi problemlərin də olduğu bildirilib. Bununla belə çıxışlarda mövcud olan və gözlənilən problemlərin aradan qaldırılması üçün dövlət, özəl və vətəndaş cəmiyyətinin birgə səylərinin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Tədbirin sonunda müzakirə prosesində irəli sürülən Təkliflərin ümumiləşdirilərək hökumətə və “Eurovision–2012” nin keçirilməsi ilə bağlı yaradılan Təşkilat Komitəsinə təqdim ediləcəyi bildirilib.

Dəyirmi Masada  hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri, beynəlxalq  təşkilatların  nümayəndələri  iştirak edib.  

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AİF Azərbaycan İnternetinin “Eurovision–2012” mahnı müsabiqəsinə hazırlığını müzakirə edəcək.

23-06-2011

Elektron xidmətlərin göstərilməsinə hazırlıq sahəsində problemlər var

04-11-2011

AİF “Eurovision 2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsinə Təkliflər göndərib

11-07-2011

Azərbaycan İnterneti beynəlxalq kütləvi tədbirlərə hazırdırmı ?

27-06-2011

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçirilib

04-02-2014

“Uşaqların İnternetdə təhlükəsizliyi: mövcud vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib.

22-12-2011

“Eurovision 2012” mahnı müsabiqəsi ilə bağlı AİF -in Təklifləri

28-03-2012

“İKT və Azərbaycan dilinin istifadəsi problemləri” müzakirə olundu

25-11-2009

Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərlə bağlı vəziyyəti araşdırılıb

29-06-2012

Bu gün “Azərbaycanda İKT statistikası: reallıq, problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib

19-12-2008

"Təhlükəsiz İnternet Günü" ilə bağlı tədbir keçirilib

08-02-2012

İnternet texnologiyaların , sosial servislərin tədris prosesində rolu mövzusunda Dəyirmi Masa keçirilib

05-04-2012

Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin inkişafı” mövzusunda Dəyirmi Masa keçirilib.

04-03-2014

Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin inkişafı” mövzusunda Dəyirmi Masa keçirilib.

04-03-2014

Dövlət qurumunlarının və Bələdiyyələrin internet resurslarının monitorinqi açıqlandı

21-06-2011

İnternet - biznes sahəsində investisiya mühiti və milli Startuplar - KONFRANS

10-04-2013

Dövlət saytlarının monitorinqinin nəticələri açıqlanıb

29-10-2009

“İctimai informasiya Mərkəzləri infrastrukturunun yaradılması: problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib

15-12-2008

“İnformasiya azadlığının gerçəkləşməsində vətəndaş cəmiyyətinin rolu” mövzusunda Dəyirmi Masa keçirilib

02-06-2009

Milli Net -2010 Qaliblərinin adları açıqlandı

06-12-2010

‎Elektron hökumət və media Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçirilib.

06-03-2013

Startuplar və İnternet biznes sahəsində maraqlı tərəflərin görüşü keçirilib

07-06-2013

Milli internet ünvanların qeydiyyatı məsələləri müzakirə olundu

05-02-2010

Yeni medianın tədris modulları hazırlanıb

04-05-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə