Azərbaycanda bank nəzarəti rəqəmsallaşdırılır.
Xeberler.az məlumat verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin I müavini Əliyar Məmmədyarov Bakıda keçirilən X Beynəlxalq Bank Forumunda bildirib.
Onun sözlərinə görə, bank nəzarətinin özünün dərin transformasiyası olmadan ağıllı tənzimləmənin effektiv tətbiqi mümkün ola bilməz.
"Bu bir faktdır ki, ani ödənişlər və məsafədən göstərilən rəqəmsal xidmətlər dövründə ənənəvi nəzarət tədbirlərinin effektivliyi azalmağa doğru gedir. Bu baxımdan proaktiv nəzarətin təmin edilməsi məqsədilə qabaqcıl bank nəzarəti təcrübələrinə uyğun olaraq risk əsaslı nəzarət sisteminin tətbiqinə başlanılmışdır. Sistem "gələcəyə baxış" yanaşmasına əsaslanmaqla bankların risk profilini daha dəqiq müəyyən etməyə, habelə risk səviyyələri əsasında prioritetləşdirilmiş proporsional nəzarət tədbirlərinin tətbiqinə imkan verir. Paralel olaraq nəzarət tədbirlərinin effektivliyinin və çevikliyinin artırılması məqsədilə "sup-tech" həllərinin formalaşmasına və tətbiqinə start verilib. Rəqəmsal maliyyənin əhatə dairəsinin genişləndiyi mühitdə avtomatlaşdırılmış risk əsaslı nəzarət sistemi ölkədə maliyyə sabitliyinin təmin olunması baxımından açar rolunu oynayır və gələcək çağırışlara hazırlıq səviyyələrimizi gücləndirir", - deyə AMB rəsmisi qeyd edib.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları