ABŞ-ın Oklahoma ştatının iki sərxoş sakininin “Android” və ya “Apple” smartfonlarından hansının daha yaxşı olması ilə bağlı mübahisəsi qanlı davaya səbəb olub. Nəticədə hər iki mübahisə iştirakçısı həyat üçün təhlükəli olmayan yaralarla xəstəxanaya çatdırılıb.
Xəbərlər RYTN-nin rəsmi saytına istinadən bildirir ki, polisin məlumatına görə, qonşular Hayro Mendes və Elias Asevedo arasında mübahisə aprelin 17-də avtomobil dayanacağında baş verib. Dava E.Asevedonun H.Mendesi pivə butulkası ilə boynunun ardından vurduqdan sonra başlayıb.
Kişilər saxlanılan zaman hər ikisi qan içində olub. Xəstəxanada onlara lazımi tibbi yardım göstərilib.
Dava salan 21 yaşlı E.Asevado həbs olunub. Silahlı hücumdan başqa o, immiqrasiya və gömrük qanunvericiliyinin pozulmasında şübhəli bilinir. Polis saxlanılan şəxsin “Apple” və ya “Android” sistemli qurğuların pərəstişkarının olması barədə məlumat verməyib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri