Apple səhmlərinin qiyməti iki dəfə enib
Apple şirkətinin səhmlərinin qiyməti bu həftə son ilin göstəricilərinə görə ən aşağı qiymətə düşüb. Kağızların dəyəri əvvəlkilərlə 100 dollar fərq edir.
Keçən il ərzində Apple səhmlərinin qiymətinə personal kompüterlər və iPod pleyerləri yaxşı təsir göstərirdi. Nəticədə 2007-ci ilin sonunda Apple səhmləri 203 dollar məbləğində olmuşdu.
Lakin bundan sonra qiymət düşməsi müşahidə olundu. Stiv Cobsun qiymətli kağızları 18 faiz aşağı endi və 100,6 dollar məbləğində oldu.
Associated Press-in məlumatına görə, Apple səhmlərinin qiymətinin enməsinə səbəb Morgan Stanley və RBC Capital Markets analitiklərinin proqnozları olub. Mütəxxəssislər hesab edirlər ki, ABŞ və Avropa ölkələrindəki maliyyə böhranı şəraitində Apple məhsullarının qiyməti aşağı düşməyə başlayacaq. Onların fikrinə görə, potensial alıcıların əksəriyyəti daha bahalı texnikaya üz tutacaqlar.
Bununla yanaşı, ABŞ-dakı maliyyə böhranı digər personal kompüter istehsalçılarına da mənfi təsir göstərir. Belə ki, Dell səhmləri 1,6 dollar (9,4 %) aşağı düşərək 15,4 dollar, Hewlett-Packard 3,3 (6,8 %) dollar nisbətində ucuzlaşaraq 45 dollar olub.