iOS-dan Android-ə necə keçmək olar?

12-01-2016 / 12:01

Apple-ın Move to iOS tətbiqi vasitəsilə Android telefonlardan iPhone-a keçdiyiniz zaman şəkilləri, kontaktları və digər məlumatları köçürmək mümkündür. Lakin iOS-dan Android-ə keçmək üçün isə hələki belə bir proqram yoxdur.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, mobil operatorlar müştərilərin iPhone-dan Android-ə keçən zaman çətinlik çəkdiyini və bu problemi həll etmək üçün bir yol tapmağını istəyir.

Apple isə məhkəməyə verilməkdən çəkindiyi üçün belə bir tətbiq yaratmağı qəbul edib.

Xatırladaq ki, Apple şirkəti noyabr ayında Android telefonlar üçün Apple Music proqramını təqdim etmişdi.

Spotify-ın 6 ildə əldə etdiyi istifadəçi sayını Apple 6 ayda əldə edib.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə