Apple Watch-da tətbiqlərin sayı 10 mini keçdi

12-09-2015 / 11:44

Apple-ın San-Fransiskoda təşkil etdiyi konfransda ağıllı saatını  təqdim etməsi bu ekosistemdə böyük marağa səbəb olub.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, şirkət aprel ayında bazara çıxardığı Apple Watch ilə bağlı yeni, maraqlı məlumatları açıqlayıb.

Apple-in vitse-prezidenti  Jeff Williams qeyd edib ki, Apple Watch-da 10 mindən çox tətbiqdən istifadə etmək mümkündür.

Onun sözlərinə görə, hazırda Android Wear saatlarında 4 min tətbiq mövcuddur.

Vitse-prezident  Apple Watch-un  parametrlərindən danışarkən vurğulayıb ki,  bu ağıllı saat zaman bildirməklə yanaşı, həmçinin, daha çox xidmətlər də  təklif edir.

Qeyd edək ki, aprel ayında təqdim olunan ağıllı saatların qiyməti  349 dollarla 17 min dollar arasında dəyişir. 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə