Apple mobil operator xidməti ilə bağlı açıqlama yayıb

05-08-2015 / 11:27

Bir müddət əvvəl  Xeberler.az xarici mətbuata istinadən  məlumat vermişdi ki, Apple öz mobil operatorunu təqdim etməyə hazırlaşır.

Yayılan məlumatlarda qeyd edilmişdi ki,  Apple satışa təqdim etdiyi telefonları ilə birlikdə öz mobil operatorunu  təqdim edəcək.

Xeberler.az-ın məlumatına görə, Apple şirkəti yayılan məlumatlarla bağlı  açıqlama  verib və bu xəbərləri şayiə adlandırıb.

Şirkətin açıqlamasında  yayımlanan məlumatların  doğru olmadığı və yaxın 5 il ərzində Apple -in belə bir planı olmadığı qeyd edilib.

Xatırladaq ki, xarici mediada yayılan məlumatlarda Apple-in mobil operatoru MVNO, yəni mobil virtual şəbəkə operatoru formasında  hazırlanacağı bildirilmişdi.

Məltəm Talıbzadə 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə