Ağıllı saatlarda endirim kampaniyası

07-04-2015 / 14:45

Apple işçiləri aprelin 10-da satışa çıxarılacaq Apple Watch ağıllı saatlarına 50 faiz endirimlə sahib ola biləcəklər.

Xəbərlər xarici mətbuata istinadən məlumat verir ki, endirim Apple Watch və Apple Watch Sport modelləri üçün nəzərdə tutulub. Qeyd edək ki, Apple Watch ağıllı saatın qiyməti 349 dollar təşkil edir. İşçilər Apple Watch-ın qızıl versiyasını alarkən 500 dollar endirimindən faydalanacaq. Qiyməti 10 min dollardan baha olan Apple Watch Edition modellərdə isə endirim olmayacaq.

Apple Watch ağıllı saat aprelin 10-dan satışa çıxarılacaq. Apple işçilərinin faydalanacağı endirim isə 90 gün ərzində davam edəcək. 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.