Apple film sektoruna da daxil olur

06-03-2017 / 15:21

Dünya texnologiya nəhənglərindən Apple indi də film sektorunda özünü sınamaq niyyətindədir.

Xeberler.az xarici mediada yayımlanan məlumatlara istinadən bildirir ki, Apple film sahəsində fəaliyyət göstərən Sony ve Paramount firmalarını satın almaq istəyir. Belə ki, şirkətin hətta bu təklifini firmalara göndərdiyi də məlumatlar arasında yer alıb.

Qeyd edilir ki, Apple bu sahədə iddialıdır və firmalarla artıq bu istiqamətdə rəsmi görüşlər keçirir.

Xarici mediada məsələ ilə bağlı verilən şərhlərə görə şirkət öz imzası olan filmləri istehsal etmək üçün ciddi işlər görməyə hazırlaşır.

Hələlik bu istiqamətdə konkret layihələr olmasa da, şirkətin film sektoruna daxil olub istehsalçı mövqeyində iştirakı gözlənilir.

Apple-ın film istehsalı ilə bağlı yetərli təcrübəsi olmadığını nəzərə alsaq, şirkətin bu sahədə ciddi firmalarla əməkdaşlıq edəcəyi istisna edilmir.

Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə