Previous Next
Bağla

ASAN Kadr Karyera mərkəzinin sərgisi keçirilib

12-03-2019 16:28
ASAN Kadr Karyera mərkəzinin sərgisi keçirilib

“ASAN Könüllülük” Məktəbinin “ASAN Kadr” Karyera mərkəzi və Bakı Ali Neft Məktəbinin birgə əməkdaşlığı ilə 2-ci karyera sərgisi keçirilib.

Xeberler.az  bildirir ki, tədbirdə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, müxtəlif yerli və xarici müəssisələrin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

E.Qasımov artıq ikinci ildir ki, keçirilən karyera sərgisinin gənclərin həyatına müsbət təsirini qeyd edib. Həm potensial kadr axtarışında olan şirkətləri, həmçinin işlə təmin olunmaq arzusunda olan gəncləri bir araya gətirən bu sərginin əhəmiyyətindən danışan rektor bu kimi layihələrin gənclər üçün təşkil edilə biləcək ən yaxşı sosial məsuliyyət layihələrindən biri olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Ü.Mehdiyev “ASAN Kadr” Karyera mərkəzi vasitəsi ilə yüzlərlə gənc və şirkətlər arasında əlaqə yaradıldığını, onların işlə təmin olunmasına köməklik göstərildiyini bildirib. Dövlət Agentliyinin sədri həmçinin karyera sərgisinin təşkil edilməsində göstərilən dəstəyə görə BANM rəhbərliyinə öz təşəkkürünü bildirib.

Gənclərin məşğulluğunun artırılmasına yönəlmiş karyera sərgisində vətəndaşlara məşğulluq, iş, təcrübə imkanları təklif edilib, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmağa şərait yaradılıb.

Mütəmadi olaraq təşkil olunan karyera sərgisinin əsas məqsədi ASAN könüllüsü olmuş, o cümlədən savadlı, bacarıqlı, təcrübəli və iş potensialı ilə fərqlənən gənclərin məşğulluq imkanlarını artırmaq, vətəndaşların dövlət və özəl qurumlarda işlə təmin olunmalarına dəstək göstərmək, habelə müəssisələrin mövcud iş vakansiyaları haqqında məlumat vermələri üçün şərait yaratmaqdır.

“Coca-Cola” şirkətinin dəstəyi ilə təşkil olunan sərgidə, ümumilikdə, 80-dən çox müəssisə təmsil olunub.

“ASAN Könüllülük” Məktəbi tərəfindən ASAN könüllülərinin peşəkar kadrlar kimi formalaşması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilir. Bu məqsədlə yaradılan “ASAN Kadr” karyera mərkəzi 1100-dən çox ASAN könüllüsünün işlə təmin olunmasına bilavasitə dəstək göstərib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BANM və Asan Kadr ikinci Karyera sərgisi keçirəcək

06-03-2019

Bakcell-dən gənclərə dair növbəti töhfə

13-03-2019

İşlə təmin olunan 1000-ci ASAN Kadr məlum oldu

14-12-2018

ASAN kadr karyera mərkəzindən gənclərə dəstək

01-08-2018

Azercell tələbələrə uğurlu karyera qurmaqda yardımçı olur

13-03-2019

Nar-dan gənclərə karyera fürsəti

14-03-2019

Bakcell karyera qurmaqda tələbələrə dəstək göstərir

17-12-2018

Nar tələbələrin karyera qurmalarına dəstək olmaqda davam edir

11-06-2019

Bakcell Karyera Sərgisində iştirak edib

05-03-2018

“ASAN Akademiya 2019” başa çatıb

28-06-2019

Nar gənclərin uğurlu karyera qurmasına dəstək olur

04-03-2019

“Azercell”-dən gənclərə növbəti iş imkanı

03-03-2020

Bakcell növbəti karyera sərgisinə qatılıb

22-05-2018

Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb

11-12-2018

Nar gənclərə uğurlu karyera qurmaları üçün fürsət yaradıb

31-10-2019

ASAN Karyera Akselerasiya Proqramı başlayır

20-04-2026

Nar gənclərə karyera qurmaqda dəstək olur

10-12-2018

Azercell daha bir karyera sərgisində iştirak etdi

04-03-2019

Dövlət Agentliyinin sədri "GəncLİK" proqramının iştirakçıları ilə görüşüb

17-02-2020

Azercell gənclərin işlə təmin olunmasına yardımçı olur

19-12-2018

Bakcell-dən məzun və tələbələrə növbəti dəstək

25-12-2018

"ASAN Akademiya - 2024" layihəsi başa çatıb

25-09-2024

UNEC-də ilk dəfə Online Karyera Günləri keçiriləcək

07-05-2020

Bakcell ADA Universitetində karyera yarmarkasına qatılıb

06-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə