Previous Next
Bağla

"ASAN Akademiya - 2024" layihəsi başa çatıb

25-09-2024 10:55
"ASAN Akademiya - 2024" layihəsi başa çatıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, BP şirkətinin dəstəyi ilə həyata keçirilən "ASAN Akademiya - 2024" layihəsi başa çatıb.

Xeberler.az məlumat verir ki, bu barədə “ASAN xidmət”dən bildirilib. Bununla əlaqədar təşkil olunan tədbirdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, BP şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və "ASAN Könüllüləri" Təşkilatının sədri Anar Musaev iştirak ediblər.

Dörd ay davam edən layihə müddətində iştirakçılar üçün peşəkar mütəxəssislər tərəfindən insan resurslarının və layihələrin idarə edilməsi, ictimaiyyətlə əlaqələr və marketinq, data analitika, beynəlxalq əlaqələr və diplomatiya, hüquq və innovasiya modulları üzrə xüsusi proqram tədris olunub. Tədris prosesində komanda quruculuğu, liderlik, kommunikasiya və komanda işinin inkişafına yönəlmiş seminarlar, praktiki təlimlər keçirilib.

Layihə karyera pillələrində bilik və bacarıqlarını inkişaf etdirmək istəyən gənclərə innovativ yanaşmalarla dəstək olmağı hədəfləyir. Bundan sonra iştirakçılar üçün mentorluq proqramı təşkil ediləcək və onlar müxtəlif müəssisələrdə yeni biliklərə yiyələnmək məqsədilə təcrübə proqramlarına yönləndiriləcəklər.

Əsas məqsəd gənclərin əmək fəaliyyətlərinin artırılması, karyeralarında irəliləmələri üçün təkan verilməsi, onların intellektual potensialının düzgün dəyərləndirilməsidir. Eləcə də sosial aktivliyi artırmaqla respublikamızda gedən inkişafa töhfə verməyə şərait yaratmaq əsas hədəflərdəndir.

Tədbir çərçivəsində 4 aylıq xüsusi təlim-tədris proqramını başa vuran gənclər diplomlarla təltif ediliblər.

Yeddinci dəfə həyata keçirilən bu layihəyə 6500-dən çox müraciət olub, 330 nəfər isə iştirakçı qismində iştirak edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“ASAN Akademiya 2019” başa çatıb

“ASAN Akademiya 2019” başa çatıb

28-06-2019
ASAN Karyera Akselerasiya Proqramı başlayır

ASAN Karyera Akselerasiya Proqramı başlayır

20-04-2026
ASAN Akademiya 2019 layihəsinə start verilir

ASAN Akademiya 2019 layihəsinə start verilir

02-04-2019
AzTU tələbələrinin startap layihəsi qalib oldu

AzTU tələbələrinin startap layihəsi qalib oldu

07-07-2023
Hesab.az “ASAN Akademiya 2019”  layihəsinə dəstəyə görə təltif olunub!

Hesab.az “ASAN Akademiya 2019” layihəsinə dəstəyə görə təltif olunub!

02-07-2019
ASAN Viza-ya Radiant Launch mükafatı təqdim olunub

ASAN Viza-ya Radiant Launch mükafatı təqdim olunub

22-02-2019
“Amazon”un sabiq vitse-prezidenti “ASAN xidmət”də

“Amazon”un sabiq vitse-prezidenti “ASAN xidmət”də

04-12-2023
“Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsi genişlənir

“Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsi genişlənir

24-01-2025
ASAN Kadr Karyera mərkəzinin sərgisi keçirilib

ASAN Kadr Karyera mərkəzinin sərgisi keçirilib

12-03-2019
Dövlət Agentliyinin sədri "GəncLİK" proqramının iştirakçıları ilə görüşüb

Dövlət Agentliyinin sədri "GəncLİK" proqramının iştirakçıları ilə görüşüb

17-02-2020
"ASAN xidmət" modelinin tətbiqi üçün 30 ölkə ilə əməkdaşlıq edilir

"ASAN xidmət" modelinin tətbiqi üçün 30 ölkə ilə əməkdaşlıq edilir

02-12-2025
"ASAN xidmət" innovasiya idarəetməsində beynəlxalq standartların tətbiqini davam etdirir

"ASAN xidmət" innovasiya idarəetməsində beynəlxalq standartların tətbiqini davam etdirir

04-02-2026
Özbəkistanın dövlət qulluqçuları “ASAN xidmət”in təcrübəsini öyrənirlər

Özbəkistanın dövlət qulluqçuları “ASAN xidmət”in təcrübəsini öyrənirlər

03-02-2025
Dövlət Agentliyinin sədri AmCham Azərbaycanın görüşündə iştirak edib

Dövlət Agentliyinin sədri AmCham Azərbaycanın görüşündə iştirak edib

29-01-2020
 “ASAN Könüllüləri” təşkilatına yeni sədr seçilib

“ASAN Könüllüləri” təşkilatına yeni sədr seçilib

23-05-2016
“Urbanizasiyada ASAN Modeli” mövzusunda panel təşkil olunacaq

“Urbanizasiyada ASAN Modeli” mövzusunda panel təşkil olunacaq

16-05-2026
Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

07-10-2019
"ASAN xidmət”in Çağrı Mərkəzində süni intellekt tətbiq olunacaq

"ASAN xidmət”in Çağrı Mərkəzində süni intellekt tətbiq olunacaq

29-01-2024
"ASAN xidmət" modeli BMT xətti ilə 4 qitəyə ixrac olunacaq

"ASAN xidmət" modeli BMT xətti ilə 4 qitəyə ixrac olunacaq

14-11-2024
“ASAN xidmət”in innovasiyaları Azərbaycanın reytinqinə töhfə verir

“ASAN xidmət”in innovasiyaları Azərbaycanın reytinqinə töhfə verir

24-09-2024
 "ASAN xidmət" modeli BMT tərəfindən yüksək qiymətləndirilib

"ASAN xidmət" modeli BMT tərəfindən yüksək qiymətləndirilib

03-06-2025
BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

10-04-2025
Şəkidə qadınların işgüzar inkişafı təlimlərinə start verilib

Şəkidə qadınların işgüzar inkişafı təlimlərinə start verilib

28-11-2019
“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

18-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə