Previous Next
Bağla

Azercell gənclərin işlə təmin olunmasına yardımçı olur

19-12-2018 16:54
Azercell gənclərin işlə təmin olunmasına yardımçı olur

Gənclərin karyera qurması, işlə təmin olunması istiqamətində ölkəmizdə həyata keçirilən layihələri hər zaman dəstəkləyən Azercell növbəti dəfə “Karyera sərgisi”nə qatılıb.

Xeberler.az  bildirir ki, Azərbaycan Texniki Universitetində təşkil olunan sərgidə Azercell şirkəti fəallığı ilə seçilib. Yarmarkada iştirak edən şirkət nümayəndələri Azercell-ə işə qəbul olmaq istəyən məzunları və sərgi iştirakçılarını şirkətdə mövcud olan vakansiyalar barədə məlumatlandırıblar. İnsan Qaynaqları şöbəsinin əməkdaşları tələbə və məzunları şirkətin elan etdiyi Tələbə Təqaüdü və Təcrübə proqramları ilə tanış ediblər, onları maraqlandıran sualları cavablandırıblar. Tələbələr mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlər isə öz növbəsində potensial kadrların seçimini aparmaq imkanı qazanıblar.

Qeyd edək ki, “Azercell Telekom” MMC ilə Azərbaycanın müxtəlif ali təhsil ocaqları arasında sıx əməkdaşlıq mövcuddur. Belə ki, Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Gəncədə Azərbaycan Texnologiya Universiteti və Lənkəran Dövlət Universiteti ilə əməkdaşlıq memorandumları imzalanıb.

Əməkdaşlıq çərçivəsində tələbələrin peşəkar inkişafı, innovasiya və sahibkarlıq sahələrinə cəlb olunmasına, eləcə də universitetlərin elmi-texniki və tədris bazasının inkişaf etdirilməsinə yönəlmiş müxtəlif layihələr həyata keçirilir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan istedadlı gənclərimiz Azercell-dən xüsusi təqaüd və
şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar.  Təhsilə və gənclərə yardım etmək Azercell şirkətinin fəaliyyətinin prioritet sahəsidir və bu istiqamətdə fəaliyyəti olaraq qalacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell Karyera Sərgisində iştirak edib-Foto

03-03-2017

Azercell növbəti karyera yarmarkasında

04-05-2015

Azercell tələbələrə dəstək oldu

14-03-2018

Azercell Karyera Sərgisində iştirak edib-Foto

30-05-2017

Azercell istedadlı tələbələrə dəstək oldu

21-04-2015

Azercell ilə növbəti karyera imkanları- Foto

30-06-2016

Azercell-in təşəbbüsü ilə tələbələrlə görüş keçirilib

05-03-2015

Azercell Karyera Sərgisində iştirak edib-Foto

04-07-2017

Azercell IX Azərbaycan Beynəlxalq Karyera sərgisində iştirak etdi

12-10-2015

"Azercell" Tələbə Təqaüdü və Təcrübə Proqramının iştirakçıları uğurlarını bölüşür

16-04-2021

Qafqaz Universitetinin tələbələri Azercell-də

17-04-2015

Azercell tələbələrlə görüşüb

14-10-2017

Azercell gənclərə dəstəyini davam etdirir-Foto

08-12-2016

Azercell-dən karyera imkanı

18-12-2017

Azercell-dən ADNSU tələbələrinə əməkdaşlıq imkanı

05-04-2016

Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

05-03-2022

Azercell Karyera Sərgisində iştirak edib

01-03-2016

“Azercell”-dən gənclərə növbəti iş imkanı

03-03-2020

Azercell tələbələrə uğurlu karyera qurmaqda yardımçı olur

13-03-2019

Azercell daha 25 tələbəyə təqaüd verəcək

09-01-2018

Azercell-dən təqaüd almaq istəyən tələbələrin nəzərinə

02-11-2016

Azercell daha bir karyera sərgisində iştirak etdi

04-03-2019

Azercell növbəti dəfə karyera sərgisində iştirak etdi

27-05-2019

Azercell tələbələrə dəstək olub

16-10-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə