“ASAN xidmət” Avropa Oyunları zamanı xüsusi iş qrafikinə keçir

10-06-2015 / 22:40

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Bakı şəhərində yerləşən “ASAN xidmət” mərkəzləri I Avropa Oyunlarının keçiriləcəyi müddətdə öz fəaliyyətini xüsusi iş rejimində davam etdirəcək.

Xeberler.az-ın məlumatına əsaən, Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən Trend-ə verilən məlumata görə, vətəndaşlar 12-28 iyun tarixlərində saat 09:00-dan 15:00-dək nahar fasiləsi olmadan “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, iş qrafikinə dəyişiklik etməkdə məqsəd I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamasaçıların ictimai nəqliyyat sisteminin (metro və avtobus) mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaqdır.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə