Səyyar ASAN xidmət regionlarda fəaliyyətini davam etdirir

02-10-2025 / 11:17

Bu gündən Yevlax, İsmayıllı, Yardımlı, Siyəzən, Göygöl, Saatlı, Zaqatala və Xırdalanda vətəndaşlara səyyar xidmətin göstərilməsinə başlanılıb.

Xeberler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim olunması, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00 - 14:00 arası isə nahar fasiləsidir. Yardımlı rayonunda fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunda iş qrafiki saat 11:00- dan 17:00-dək nəzərdə tutulub.

Qeyd edilən rayonlarda vətəndaşlara səyyar xidmətin göstərilməsi oktyabrın 30-da başa çatdırılacaq.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə