Previous Next
Bağla

ASAN xidmət modeli təqdim olunub

28-06-2018 12:36
ASAN  xidmət modeli təqdim olunub

İyun ayının 24-dən 28-dək AVRONEST Parlament Assambleyasının 7-ci sessiyası keçirilib.

Xeberler.az məlumat verir ki, Plenar sessiyada Azərbaycandan deputatlardan ibarət nümayəndə heyəti, digər üzv dövlətlərin nümayəndələri, Aİ-nın bir sıra qurumları, beynəlxalq və yerli QHT nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.

Qeyd edək ki, Brüsseldə keçirilən sessiya çərçivəsində Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində təhlükəsizlik çağırışları, insan hüquqları və demokratiya, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, bu ölkələrə xarici investisiyaların qoyulması, qeyri-rəsmi əmək məsələlərinin həlli və işçilərin sosial təhlükəsizliyinin gücləndirilməsi kimi məsələlər müzakirə olunub.

Həmçinin Sessiya iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi tərəfindən ASAN xidmət modeli və ASAN xidmət çərçivəsində reallaşdırılmış layihələrlə bağlı məlumat verilib.

Bildirilib ki, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, rahatlıq prinsipləri əsasında fəaliyyət göstərən ASAN xidmət-in əsas məqsədi dövlət xidmətləri sahəsində şəffaflığı artırmaq, korrupsiyaya hallarının qarşısını almaq, xidmət sahəsində trend innovasiyaları tətbiq etmək və vətəndaşlara xidmət sahəsində aparılan institusional islahatların səmərəliliyini artırmaqdır.

Daha sonra sessiyada müzakirə olunan mövzulara toxunularaq bildirilib ki, müzakirə mövzusu olan məsələlərlə bağlı daimi olaraq Azərbaycanda müsbət yöndə islahatlar aparılır.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi sessiyada müzakirə olunan qeyri-rəsmi əmək məsələlərinin həlli və işçilərin sosial təhlükəsizliyinin gücləndirilməsi məqsədilə yaradılıb. Mərkəz əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi ilə bağlı tədbirlər görür və bu sahədə monitorinqlərin təşkilində müasir innovasiyalardan istifadə edir, tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqlər həyata keçirir.

Sonda Dövlət Agentliyi tərəfindən vətəndaşlara xidmət sahəsində aparılan institusional islahatlar çərçivəsində həyata keçirilən ASAN Viza , ASAN kommunal, ASAN ödəniş, ASAN Radio, ABAD və s. layihələr haqqında geniş məlumat verilib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ASAN-dan yeni xidmət

24-07-2017

Prezident ASAN xidmət mərkəzlərinin fəaliyyəti ilə bağlı sərəncam imzalayıb

06-09-2016

ASAN xidmət Mərakeşdə keçirilən forumda iştirak edir

22-06-2018

"ASAN xidmət" mərkəzlərində qeyri-iş günü olacaq

07-03-2026

“ASAN xidmət” modeli Malayziyada tanıdılıb

05-12-2024

“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

18-03-2026

Azərbaycanın “ASAN xidmət” modeli Daşkənddə təqdim olunub

02-06-2025

Səyyar monitorinqlər davam edir

26-10-2017

ASAN xidmət və ASAN Kommunal sabah işləməyəcək

08-05-2017

"ASAN xidmət" mərkəzləri noyabrın 8 və 9-da işləməyəcək

07-11-2025

ASAN xidmət mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

18-01-2017

ASAN xidmət səfirliklərə və konsulluqlara notanın verilməsi xidmətlərinə başlayıb

01-03-2019

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

25-06-2019

Seneqal “ASAN xidmət” modelini dövlət idarəçiliyi sahəsində tətbiq edəcək

03-06-2025

"ASAN xidmət" modelinin tətbiqi üçün 30 ölkə ilə əməkdaşlıq edilir

02-12-2025

ASAN xidmət və ASAN Kommunal mərkəzləri işə daha erkən başlayacaq

14-08-2018

Sabah ASAN xidmət mərkəzləri işləməyəcək

19-01-2017

"ASAN xidmət" modeli BMT xətti ilə 4 qitəyə ixrac olunacaq

14-11-2024

"ASAN xidmət" modeli BMT tərəfindən yüksək qiymətləndirilib

03-06-2025

İnam Kərimov: ““ASAN qatar” sistemi yaradılacaq”

24-12-2016

“ASAN xidmət” və “ASAN kommunal”ın bayram günlərində iş qrafiki açıqlanıb

28-12-2024

Keniyalı qonaq “ASAN xidmət” barədə məlumatlandırılıb

30-04-2025

Yaponiya nümayəndə heyəti ASAN xidmətdə

26-07-2019

ASAN xidmət-də Apelyasiya Şurası yaradılıb

25-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə